Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman: Ağdaban faciəsini törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ağdaban qətliamının 32-ci ildönümü ilə bağlı feysbuk hesabında paylaşım edib, faciəni törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməli olduğunu vurğulayıb.

O, 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun Ağdaban kəndində Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində törədilmiş qətliam zamanı kəndin 779 nəfər dinc sakini müxtəlif işgəncələrə məruz qaldığını, uşaqlar, qadınlar və qocalar diri-diri yandırılıb, insanlar amansızlıqla qətlə yetirildiyini bildirib.

Ombudsman bildirib ki, eyni zamanda, tarixi, mədəni və dini obyektlər dağıdılıb, Azərbaycanın mədəni irsinə aid əsərlər məhv edilib.

"Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud pozulması ilə törədilən Ağdaban qətliamına beynəlxalq səviyyədə hüquqi qiymət verilməli, bu qanlı cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər", - Səbinə Əliyeva əlavə edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar