Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəməşqdə öldürülən SEPAH generalı “Hizbullah”a silah tədarükünə cavabdeh olub

İsrail kəşfiyyatının məlumatına görə Suriyada İran konsulluğuna edilən hücum zamanı həlak olan SEPAH generalı Zahedi Yaxın Şərqdə əməliyyatları idarə edən şəxs olub...

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livandakı Sepah-e-Qüds xüsusi təyinatlı qüvvələrinin öldürülmüş komandiri Zahedi “Hizbullah” lideri Nəsrullah ilə hər şeyi koordinasiya edib və silah təchizatı, qüvvələrin yerləşdirilməsi, hücumların planlaşdırılmasına, həmçinin HƏMAS və digər təşkilatların Livan ərazisindən nəzarəti cavabdeh olub.

Poliqon xəbər verir ki, bu barədə Amerikanın “Al-Monitor” analitik saytı İsrail kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, aprelin 1-də Suriya mediası İranın Dəməşqdəki səfirliyinə bitişik binaya hava zərbəsi endirilməsi barədə məlumat yayıb. Hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun Suriya və Livandakı Sepah-e-Qüds xüsusi təyinatlılarının komandiri Məhəmməd Rza Zahedi məhv edilib. Daha sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun Zahedinin və daha 6 iranlı zabitin öldürüldüyünü təsdiqləyib.

Eyni zamanda, “Ynet” nəşri İsrail rəsmilərinə istinadən hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını, zərbələrin Sepah-e-Qüds hərbi obyektinə endirilildiyini yazıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar