Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Zalujnı və Danilovu niyə səfir təyin edib?..

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı və Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) sabiq katibi Aleksey Danilov gələcək fəaliyyətləri ilə bağlı spekulyasiyalara yol verməmək üçün başqa ölkələrə səfir təyin ediliblər...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna milli telemarafonunda Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

Podolyakın sözlərinə görə, bu məsələ ilə bağlı lazımsız informasiya spekulyasiyasını aradan qaldırmaq üçün ev sahibi ölkələrlə əvvəlcədən məsləhətləşmələr aparılıb.

O qeyd edib ki, hər ikisi böyük vəzifələr tutub. "Bu addımlar lazımsız fərziyyələri aradan qaldırmaq üçün atılıb. Əvvəllər ölkələrlə onların bu istiqamətdə hərəkət etməsi müzakirə olunub", deyə Podolyak izah edib.

Eyni zamanda, Podolyak aqremanı (səfiri qəbul etmək üçün ilkin razılıq-red.) almaqdan danışarkən bildirib ki, hüquqi prosedurlar bir az vaxt aparacaq. Lakin onun sözlərinə görə, artıq ilkin məsləhətləşmələr aparılıb.

Qeud edək ki, martın 7-də Zalujnının Böyük Britaniyaya səfir təyin olunduğu məlum olub. Danilov martın 26-da vəzifəsindən azad edilib, daha sonra Ukrayna prezidenti Volodimir Zelenski onu Moldovaya səfiri təyin edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı

Ən çox oxunanalar