Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peruda prezidentinin evində axtarış aparıldıqdan sonra 6 nazir istefa verib

Peru prezidenti Dina Boluartenin evində və iqamətgahında qanunsuz varlanmada şübhəli bilinən istintaq çərçivəsində axtarış aparıldıqdan sonra Peru hökumətinin altı naziri istefa verib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Aprelin 1-də Perunun daxili işlər naziri Viktor Torres, ardınca isə təhsil naziri və qadın məsələləri üzrə nazir istefa verib. İstefa verənlərin hər üçü xanım Boluarteni dəstəkləyib.

Agentlik xəbər verir ki, nazirlər prezident iqamətgahında aparılan axtarışları “lüzumsuz” və “həddini aşmaq” kimi dəyərləndiriblər.

Qeyd edilir ki, Peru Prezidentinin iqamətgahı Hökumət Sarayının daxilində yerləşir. Torres ailə problemləri və səhhəti ilə əlaqədar vəzifəsini tərk etdiyini vurğulayıb. Digər iki hökumət üzvü istefalarının səbəblərini açıqlamayıb.

Həmin gün Perunun prezidenti daha üç naziri - istehsal, ticarət və kənd təsərrüfatı nazirini vəzifəsindən azad edib. Xanım Boluarte yeni daxili işlər naziri vəzifəsinə əvvəllər mütəşəkkil cinayətkarlıqla mübarizə departamentinə rəhbərlik etmiş Valter Ortizi təyin edib.

Qeyd edək ki, Peru prezidentinin evində və iqamətgahında axtarışlar martın 29 və 30-da aparılıb. Yerli “La Encerrona” qəzeti jurnalistləri prezidentin rəsmi tədbirlərdə müxtəlif “Rolex” saatları ilə görünməsinə diqqət çəkdiyi araşdırmanı dərc etdikdən sonra Baş prokurorluq ilkin araşdırmaya başlayıb. Prokurorluq xanım Boluartedən saatın alınması ilə bağlı halları izah etməyi xahiş etsə də, prezident aparatı müraciətə vaxtında cavab verməyib.

Prezident bütün ittihamları rədd edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Ən çox oxunanalar