Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna “Challenger 2” tanklarını əlavə zireh olmadan alıb

Böyük Britaniya “Challenger 2” tanklarını əlavə zireh dəstləri olmadan Ukraynaya verib...

Poliqon xəbər verir ki, bu barədə hərbi müşahidəçi Devid Eks Forbes nəşri üçün yazdığı məqalədə yazıb.

Kiyevə quraşdırılmış zireh dəstləri verilməyib, yəqin ki, onlar ümumi çəkiyə bir neçə ton əlavə edərdilər və bu, Ukraynanın “Challenger 2”-nin manevr qabiliyyətini daha da aşağı salardı”, deyə ekspert bildirib.

Mütəxəssis onu da qeyd edib ki, bu tankların yumşaq qruntlarda aşağı keçid qabiliyyəti problemi var ki, bu da döyüş maşınlarının ilişməsinə səbəb olur.

Qeyd edək ki, martın 11-də Ukraynada “Challenger 2” tanklarını jurnalistlərlə nümayiş zamanı tank palçığa batıb.

Bundan əvvəl Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi parlamentin İcmalar Palatasının üzvü Con Makdonnelin müvafiq parlament sorğusuna cavab olaraq Londonun “Challenger 2” tanklarını Kiyevə təhvil verməsinin səbəbini izah edib. Hippinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin potensialını gücləndirmək üçün “Challenger 2”nin tədarükü lazım idi.

“National Interest” nəşr isə yazır ki, Ukrayna “köhnə NATO silahlarının zibilxanasıdır”.

“Döyüş əməliyyatları üçün Şimali Atlantika Alyansı Ukraynanı köhnəlmiş və çox vaxt yararsız silahlarla təmin edir”, deyə nəşr yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar