Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Edvard Asryan Qazaxın 4 kəndini təhvil verməyəcəklərini deyib...

Politoloq: “4 kəndin Azərbaycana verilməsi bu gün Bakı tərəfindən ciddi bir tələb kimi irəli sürülüb”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Edvard Aseryanın fikirləri şübhəsiz ki, danışıqlar müstəvisində sorğulanacaq”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qazaxın 4 kəndi ilə bağlı dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan parlamentdə jurnalistin Tavuş vilayətindəki 4 kəndin (Qazaxın işğal altındakı anklav olmayan kəndləri – red.) qaytarılması ilə bağlı sualına cavab verərkən əraziləri təhvil verməyəcəklərini deyib.

Edvard Asiyanın bu bəyanatı nədən xəbər verir və bu bəyanat Ermənistan-Azərbaycan sərhədində yeni gərginliyə səbəb ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Gec və ya tez bu kəndlər Azərbaycanın nəzarətinə keçəcək. Lakin biz bunun dinc, silahsız yolla həllinin tərəfdarıyıq”.

Ermənistanda bəzi hakim partiya nümayəndələrinin hələ də revonşist ideologiyaya sadiq fikirlər söylədiklərini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Ermənistan iqtidarında və müxalifətində bəzi qüvvələr var ki, onlar hələ də reallıqla barışmırlar:

“Qeyd edim ki, 4 kəndin Azərbaycana verilməsi bu gün Bakı tərəfindən ciddi bir tələb kimi irəli sürülüb. Xüsusilə, Nikol Paşinyanın bu kəndlərə səfər etməsi orada icma nümayəndələri ilə, ağsaqqallarla görüşündə də ictimai rəyin öyrənilməsi, nəbzin yoxlanılması və gələcəkdə də kəndlərin Azərbaycan nəzarətinə verilməsi ilə bağlı fikirlər bizdə ümid yaradır ki, bu kəndlər dinc, danışıqlar yoluyla Azərbaycanın nəzarətinə veriləcək. Lakin təəssüflər olsun ki, Ermənistan iqtidarında və müxalifətində bəzi qüvvələr radikal düşüncəni əks etdirirərık kəndlərin qaytarılmasının mümkünsüz olduğunu ifadə edirlər. Onlar hələ də reallıqla barışmaq istəmirlər. Hətta bəzi terror qruplaşmaları könüllü özünümüdafiə batalyonları vasitəsilə mütləq sürətdə bu kəndlərin mühafizəsini gündəmə gətirir və bununla da sülh əleyhinə olduqlarını nümayiş etdirirlər.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Edvard Aseryanın fikirləri şübhəsiz ki, danışıqlar müstəvisində sorğulanacaq. Dəfələrlə biz görmüşük ki, Ermənistanda hakim iqtidarda olan partiyaların nümayəndələri revonşist ideologiyaya sadiq fikirlər söyləyiblər. Hətta qapalı görüşlərdə bu fikirlər masaya yatırılıb və bildirilib ki, bu fikirləri söyləyənlər bu gün hakimiyyətdə olan qüvvələrdir. Onların özü də revonşizmi dəstəkləyir sülh əleyhinə fikirlər və açıqlamalar bildirirlər.

İlyas Hüseynov: “Gələcəkdə kəndlərin Azərbaycan nəzarətinə verilməsi ilə bağlı fikirlər bizdə ümid yaradır ki, bu kəndlər dinc, danışıqlar yoluyla Azərbaycanın nəzarətinə veriləcək”.

Hazırda hərbiçinin fikirləri də bunu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti sanki imitasiyayla məşğuldur. Onlar kəndlərin verilməsi görüntüsünü yaradır, daxildə vəziyyəti qızışdırır, neqativlər yaradır və məhz bu neqativləri də sonrakı prosesdə danışıqlar masasına daşıyır. Bu da Nikol Paşinyan tərəfindən dəfələrlə işlədilmiş bir taktikadır və çox çalışır ki, ictimai rəyi əsas gətirərək danışıqlardan yayınsın.

Bütün hallarda, gec və ya tez bu kəndlər Azərbaycanın nəzarətinə keçəcək. Lakin biz bunun dinc, silahsız yolla həllinin tərəfdarıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar