Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Qərb MDB məkanında Ukraynadan sonra Rusiyaya qarşı daha iki açıq savaş meydanı açıb...

Siyasi-şərhçi: “Rusiyanı postsovet məkanında qane etməyən istənilən ölkədə siyasi vəziyyət yaranırsa, Moskva oraya müdaxilə edir. Rusiyanın ən qorxduğu şey məhz xalqların iradəsi və istəyi ilə hakimiyyətlərin formalaşmasıdır”.

Rusiya nə iqtisadi, nə siyasi baxımdan cəlbedici deyil ki, Ermənistana, Moldovaya hansısa cəlbedici təkliflər verib, onları geri qaytarsın. Buna görə Rusiya çalışacaq kəşfiyyatı vasitəsilə hansısa təxribatlar törətsin, çevrilişlər etsin və hansısa daxili qiyamçı qüvvələrə dəstək versin”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Qərbin Ermənistan və Moldovada Rusiyaya qarşı açdığı cəbhəni Poliqon-a şərh edərkən qeyd edib.

Artıq demək olar ki, Qərb MDB məkanında Ukraynadan sonra Rusiyaya qarşı daha iki açıq savaş meydanı açıb. Bunlar Ermənistan və Moldovadır. Hər iki ölkədən Rusiyanın çıxarılması əslində Moskva üçün Qərbə gedən bütün yolların bağlanması anlamına gəlir.

Bəs, Ermənistan və Moldovada gedən Qərb-Rusiya qarşıdurmasının sonucu necə görünür və Ukraynada olduğu kimi bu ölkələrdə də qarşıdurma qaynar fazaya keçə bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Həm Ermənistanda, həm də Moldovada, hətta hansısa Mərkəzi Asiya ölkələrində konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm. Bu tamamilə mümkündür”.

İndi əsas geosiyasi mübarizənin nəqliyyat- kommunikasiya yollarına nəzarət etmək uğrunda getdiyini vurğulayan ekspert Poliqon-a bildirib ki, burada da hər kəs öz maraqlarından istifadə edir və öz maraqlarına uyğun addımlar atır:

“Qərbin Rusiya qarşı Ermənistanda və Moldovada cəbhə açması ifadəsi çox nisbi ifadədir. Çünki istər Moldovada, istərsə də Ermənistanda Rusiyapərəst hakimiyyətlər azı altı il əvvəl dəyişdirilib. Əslində bu ölkələrin daxili, siyasi münasibətlərindən baş vermiş hadisədir. Təbii ki, Paşinyan höküməti də Qərbpərəst mövqeyi seçib, amma unutmayaq ki, Qarabağ savaşında, yəni 44 günlük müharibədə həmin Qərb Paşinyanı gözlədiyi və istədiyi kimi dəstəkləmədi. Yəni demək istəyirəm ki, cəbhə açan tərəf yoxdur.

Sadəcə olaraq ölkələrdə təbii, siyasi proseslər gedir. Bundan da hər tərəf öz marağı üçün istifadə edir. Məsələn Rusiya çalışır ki, postsovet məkanındakı onun saturneti olan bütün korrupsioner rejimləri, ailə, tayfa rejimlərini qoruyub saxlasın. Bunu da edir. Rusiya bunu 20 il ərazində Ermənistanda, uzun müddət Moldovada edib. Amma müəyyən bir müddətdən sonra bu mexanizm sınır. Məsələn bu gün Özbəkistanın özündəki Şovkat Mirziyoyev hakimiyyəti İslam Karimov hakimiyyəti qədər Rusiyayönümlü deyil. Daha çox münasibətlərini diversifikasiya etməyə çalışır. Qazaxıstanda bir qədər əks proses gedir. Nazarbayev daha çox dünyaya inteqrasiya olunmağa üstünlük verirdisə, Tokayev hakimiyyəti Rusiyaya daha yaxın görünür. Buna baxmayaraq o da çalışır əlaqələrini diversifikasiya etsin.

Rusiyanı postsovet məkanında qane etməyən istənilən ölkədə siyasi vəziyyət yaranırsa, Moskva oraya müdaxilə edir. Rusiyanın ən qorxduğu şey məhz xalqların iradəsi və istəyi ilə hakimiyyətlərin formalaşmasıdır. Biz bunu Ukraynada görürük, biz bunu vaxtında Gürcüstanda gördük, indi də Moldovada görürük. Bu coğrafiya asta-asta genişlənməkdədir. Qərb də burada öz geosiyasi maraqlarını güdür, Rusiyanın yollarını kəsməyə çalışır. İndi əsas geosiyasi mübarizə nəqliyyat- kommunikasiya yollarına nəzarət etmək uğrunda gedir. Burada da hər kəs öz maraqlarından istifadə edir və öz maraqlarına uyğun addımlar atır. Bu baxımdan konfliktin isti fazaya keçməsi tamamilə mümkündür. Bunun üçün Rusiyanın resursları var.

Ərəstun Oruclu: “Qərb elə bir şərait yaradır ki, Rusiya o konfliktləri aktivləşdirsin”.

Rusiya Ukrayna münaqişəsinə qatılmaqla MDB-nin başqa coğrafiyalarında mövqelərini itirməyə başladı. İndi Rusiya çalışır o mövqeləri geri qaytarsın və onun əlində olan əsas vasitələrdən biri də hərbi-siyasi vadistələrdir. Yəni başqa vasitə yoxdur. Deyək ki, Rusiyanın o pulu yoxdur ki, Qərbin qarşısına çıxsın. Rusiya nə iqtisadi, nə siyasi baxımdan cəlbedici deyil ki, Ermənistana, Moldovaya hansısa cəlbedici təkliflər verib, onları geri qaytarsın. Buna görə Rusiya çalışacaq kəşfiyyatı vasitəsilə hansısa təxribatlar törətsin, çevrilişlər etsin və hansısa daxili qiyamçı qüvvələrə dəstək versin. Bunlar da alınmayanda Rusiya birbaşa hərbi müdaxiləyə keçə bilər. Bu tamamilə mümkündür.

Amma yeni cəbhənin açılmasının Rusiyanın maraqlarına nə qədər cavab verəcəyi başqa sualdır. Rusiya bir tək Ukrayna cəbhəsində resurslarını tükəndirmək üzrədir. İkinci, üçüncü cəbhə açılanda Rusiya nə edəcək? Mən istisna etmirəm ki, Qərb də bunu anlayır və bu səbəbdən də əslində elə bir şərait yaradır ki, Rusiya o konfliktləri aktivləşdirsin. Buna görə mən həm Ermənistanda, həm Moldovada, hətta hansısa Mərkəzi Asiya ölkələrində konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm. Bu tamamilə mümkündür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar