Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada benzin qıtlığı yarana bilər

Rusiyanın neft emalı sənayesi yayda ölkədə benzin qıtlığına səbəb ola biləcək ciddi problemlərlə üz-üzədir”.

“Report” xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun iqtisadiyyat şöbəsinin rəis müavini Serqey Kondratiyevin “Forbes” jurnalında dərc edilən yazısında göstərilib.

Onun sözlərinə görə, sanksiyalar neft emalı zavodlarında xarici avadanlıq və komponentlərin çatışmazlığı səbəbindən təmiri çətinləşdirir. Bundan əlavə, dron hücumlarının tezliyi müəssisələrə dəyən ziyanın sayını artırır.

Rusiya neft emalı zavodlarının ümumi gücü ildə 340 milyon ton neft təşkil edir. Amma təmir və modernləşdirmə ilə bağlı problemlərə görə, yayda ölkənin daxili bazarında benzin qıtlığı yarana bilər”.

Ötən il Rusiya 275 milyon ton neft emal edib. Daxili bazar istehsal olunan benzinin 86-90%-ni, təyyarə yanacağının 80-85%-ni, dizel yanacağının 50-60%-ni alırdı. Ekspert qeyd edib ki, yerli zavodlar xaricdən gətirilən avadanlıqlardan çox asılıdır.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Rusiyadan 17 387 ton "Aİ-92" markalı, 40 261 ton "Aİ-95" markalı və 357 ton "Aİ-98" markalı benzin tədarük edib.

Azərbaycanın xarici ölkələrdən cəmi idxal etdiyi 64 976 ton "Aİ-92" markalı benzinin 27 faizi, 86 000 ton "Aİ-95" markalı benzinin 47 faizi və 2 000 ton "Aİ-98" markalı benzinin 18 faizi Rusiyanın payına düşüb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar