Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM qurumun adından saxta səhifə və qrup yaradanlara xəbərdarlıq edib

Dövlət İmtahan Mərkəzi (DİM) qurumun adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət edəcək...

Bu barədə DİM-dən məlumat verilib.

Qeyd olunub ki, son vaxtlar sosial şəbəkələrin monitorinqində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, “Facebook”, “Instagram”, “Telegram” “TikTok” və digər sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır:

"Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat və s. xidmətləri həyata keçirə biləcəklərini yazırlar. İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur".

Bildirilib ki, Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla yaradılan saxta səhifə və qruplar barədə hüquq mühafizə orqanlarına müraciət olunacaq: "Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, ümumiyyətlə qəbul kampaniyası dövründə diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər".

"Qəbul kampaniyasının istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat, Sumqayıt Dövlət və Azərbaycan Dövlət Aqrar Universitetlərində fəaliyyət göstərirlər. Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və linkləri şərhdə yerləşdirilmiş səhifələrini izləməyi tövsiyə edirik", - məlumatda qeyd olunub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ən çox oxunanalar