Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Navalnının dəyişdirilmə prosesinin yekun mərhələsində öldüyünü təsdiq edib...

Rusiya prezidenti Bladimir Putin Aleksey Navalnının dəyişdirilməsi ilə bağlı danışıqların yekun mərhələsinə çatmasından sonra öldüyünü təsdiqləyib...

Poliqon xəbər verir ki, daha əvvəl bu barədə Aleksey Navalnın silahdaşları məlumat vermişdilər.

Seçki qərargahında çıxış edən Vladimir Putin koloniyada ölməzdən əvvəl Aleksey Navalnının iştirakı ilə məhbus mübadilə ilə razılaşdığını təsdiqləyib. Xatırladaq ki, FBK-nın fevralın 26-da yayımladığı “Putin Navalnı niyə indi öldürdü?” adlı videoda Mariya Pevçix məhz bu haqda danışıb. Həmçinin Putin öz çıxışında Navalnını ilk dəfə adı ilə çağırıb.

Sitat: “Cənab Navalnı vəfat etməmişdən bir neçə gün əvvəl administrasiya üzvləri olmayan bəzi həmkarlarım mənə dedilər ki, cənab Navalnını Qərb ölkələrində həbsdə olan bəzi şəxslərlə dəyişməkləbağlı təkif var. Mənə inana da bilərsiniz, inanmaya bilərsiniz, mənimlə danışan adam hələ cümləsini bitirməmişdi və mən dedim ki, razıyam. Mən ancaq bir şərt irəli sürdüm ki, əgər onu dəyişdirsək ki, qayıtmasın, qoy orada otursun. Amma təəssüf ki, sonra baş verənlər oldu. Həqiqət budur. Amma olur, bununla bağlı artıq heç nə etmək olmaz”.

“Aqenstvo” nəşri yazır ki, Pevçixin səsləndirdiyi FBK versiyasına görə, danışıqlar prinsipcə, Almaniyada məhkum olunmuş qatil, Rusiya xüsusi xidmət orqanlarının zabiti Vadim Krasikovu Navalnıya dəyişmək ətrafında aparılıb. hazırdır. FBK hesab edir ki, Putin müxalifətçini azad görməyə hazır olmadığı üçün ondan “qurtulub”.

Putinin sözlərində başqa maraqlı detallar da var. O deyir ki, Navalnının dəyişdirilməsi təklifi “bəzi həmkarlar” tərəfindən səsləndirilib, lakin “administrasiyanın əməkdaşları tərəfindən deyil”. Pevçix bildirib ki, vasitəçilikdə bir çox şəxslər, o cümlədən Henri Kissincer məşğul olub.

Başqa bir versiyaya görə, Kremlin Navalnının mübadiləsini müzakirə etmək üçün prinsipial razılığını Qərb vasitəçilərinə ilk olaraq Putin administrasiyasının rəhbəri Anton Vayno çatdırıb, bundan sonra Roman Abramoviç prezidentlə danışmağa gəlib.

Eyni zamanda, “Aqenstvo” nəşrinin iki mənbıəsinin sözlərinə görə, Putin müxalifətçinin öldüyü gün Abramoviçə sövdələşmə üçün şifahi razılıq verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar