Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu “Əl-Şifa” xəstəxanası yaxınlığında əməliyyata başlayıb

İsrail ordusu Qəzza zolağında xəstəxananın yaxınlığındakı ərazini təmizləmək üçün yeni əməliyyata başlayıb...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS radikal qruplaşmasının yüksək rütbəli üzvlərinin olması ilə bağlı əldə edilən kəşfiyyat məlumatlarına əsasən Qəzza zolağında yerləşən “Əl-Şifa” xəstəxanası yaxınlığındakı ərazini təmizləmək üçün növbəti əməliyyatına başlayıb. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

“İDF və İsrail Hərbi Kəşfiyyatının İnformasiya Təhlükəsizliyi Xidməti “Əl-Şifa” xəstəxanasında terrorçuların fəaliyyətinin qarşısını almaq üçün əməliyyatlar aparır. Əməliyyat zamanı terrorçular xəstəxananın içindən hərbçilərə atəş açıb. Ordu atəşə atəşlə cavab verib. Hərbiçilərimiz xəstəxananın ərazisində əməliyyatlarını davam etdirir”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat keçirmək planını təsdiqləyib. İsrailin Baş naziri geri çəkilmək fikrində olmadığını və Rəfahda quru əməliyyatı keçirməyi planlaşdırdığını bildirib. Netanyahu əlavə edib ki, HƏMAS İsrailliləri girov saxladığı üçün Ramazan ayında atəşkəs olmayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar