Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Fərəcov sahibkarlara olan10 milyon borcu qaytaracaqmı?..

Sumqayıtın icra başçısı ən yaxın zamanda sahibkarların 10 milyon pulunu qaytaracağına söz verib. Amma bu onun verdiyi ilk söz deyil...

Xatırladaq ki, 10 milyonluq qalmaqal yeni deyil, artıq uzun illərdir ki, Sumqayıtın icra başçısı ilə bir qrup sahibkar arasında davam edir. Belə ki, Sumaqayıta icra başçısı təyinatını aldıqdan sonra Zakir Fərəcov şəhırin abadlaçdırılması ilə bağlı ondan artıq sahibkarla əməkdaşlıq edib. Lakin sonradan Sumqayıtın ən gözəgəlimli yerlərində apardıqları abadlıq və yenidənqurma işlərinin ödənişləri ilə əlaqədar, İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla asahibkarlar arasında problem yaranıb. Uzun müddətdir davam edən səs-küylü milyonlarla borc qalmaqalı ilə bağlı, bir qrup iş adamı tərəfindən, müxtəlif vaxtlarda, ölkə başçısına və əlaqədar dövlət qurumlarının rəhbərlərinə, hətta beynəlxalq təşkilatlara belə kəskin şikayət xarakterli müraciətlər və şikayət ərizələri ünvanlanıb. İşə bir neçə dəfə müxtəlif qurumlar qarışıb və hər dəfə Zakir Fərəcov pulu qaytaracağı ilə bağlı söz versə də, sonrada bu söz elə söz olaraq da qalıb.

Artıq səkkiz ilə yaxındır ki, sahibkarlala Sumqayıt icra başısı arasında 10 milyonluq borc qalmaqalı davam edir. Sumqayıtda abadlıq işləri aparan sahibkarların demək olar ki, hamısı müflis olub. Onların bəziləri isə kimlərəsəsə borclu qaldıqları səbəbindən həbs təhlükəsi ilə üzləşiblər. Sahibkarların Sumqayıtda gördükləri işlərin isə illər öncə ölkə prezidenti tərəfindən açılışı həyata keçirilib və təbii ki, Zakir Fərəcov görülən işləri öz əməyinin bəhrəsi olaraq təqdim edib.

Hazırda isə sahibkarlarla Zakir Fərəcov arasında borc mübahisısi davam edir. Son proseslərlə bağlı sahibkarlardan biri Poliqon-a bildirib ki, Zakir Fərəcov yenidən ən yüksək səviyyədə onların borclarını qaytarmaqla bağlı söz verib. Sahibkar bildirib ki, üzümüzə gələ həftə Zakir Fərəcov sahibkarları qəbul edəcək və görüşdə onlara olan borcun qaytarılması üçün reqlament müzakirə olunacaq.

Bəs doğrudanmı Zakir Fərəcov bu dəfə sahibkarların pulunu qaytaracaq? Sahibkar bildirib ki, onların buna inamı azdır, lakin sonuna qədər bu prosesi davam etdirəcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar