Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lui Bononun Bakı səfəri... - Bakı-Vaşinqton münasibətləri normallaşır?

Ermənistandan sonra ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycana səfər edəcək...

Politoloq: “Lui Bononun Azərbaycan rəsmiləri ilə də görüş gözlənilir. Bu həm də Azərbaycanın-ABŞ münasibətlərin də yeni mərhələsinin başlanğıcı kimi anlaşıla bilər”.

“Bir müddət öncə Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinklen və Türkiyə Xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh müzakirəsi ilə bağlı danışıqlarda ABŞ-ın Türkiyə ilə birlikdə hərəkət etmək qərarını açıqlaması həm də rəsmi Vaşinqtonun Bakının mövqeyini dəstəkləməyə başladığını göstərir”.

Bu sözləri politoloq Zeynal Əmrəliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin regiona səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Ermənistandan sonra ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycana səfər edəcək. Bundan əvvəl Lui Bono regiona səfər edərkən, rəsmi Bakı onunla görüşməkdən imtina etmişdi.

İndi isə Bononun Bakıda Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etməsi Bakı-Vaşinqton münasibətlərində normallaşmanın olmasından xəbər verirmi? Digər tərəfdən, ötən həftə Blinken və Fidan Azərbaycan-Ermənistan münasibətlərində razılığa gəliblər. Bononun Bakı səfəri bu razılaşma çərçivəsində ola bilərmi?

Azərbaycan-ABŞ münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.

Zeynal Əmrəliyev: “Fakt budur ki, erməni diasporunun səyləri nəticə vermədi. Artıq dünyanın əksər aparıcı dövlətləri Azərbaycanın mövqeyini müdafiə edir”.

Müharibədən sonra ABŞ-dan ziddiyətli davranışları gördüyümüzü xatırladan politoloaq Poliqon-a açıqlamasında qeyd edib ki, indi isə ABŞ-dan müsbətə doğru yanaşmalar görünür:

“Vaxtilə Azərbaycanın haqlı mövqeyini qəbul etməyən dövlətlər öz davranışlarını korrekte etməyə məcbur olacaq. Azərbaycan müharibədə qazandığı qələbə ilə yeni reallıq yaratdı. Zaman keçdikcə hər kəs bu reallığı qəbul etməli olacaq.

ABŞ dövlətinin bölgə üzrə əsas şəxsi olan Lui Bonun budəfəki səfəri zamanı Azərbaycana gəlməsi gözlənilir. Bonun Azərbaycan rəsmiləri ilə də görüş gözlənilir. Bu həm də Azərbaycanın-ABŞ münasibətlərin də yeni mərhələsinin başlanğıcı kimi anlaşıla bilər. Təəsüflər olsun ki, biz müharibədən sonra ABŞ-dan ziddiyətli davranış görmüşdük. İndi isə ABŞ-dan müsbətə doğru yanaşmalar görünür.

Zeynal Əmrəliyev: “Türkiyə ilə birlikdə hərəkət qərarı Ermənistanda da böyük məmnunluq yaradıb”.

Bir müddət öncə Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinklen və Türkiyə Xarici işlər naziri Hakan Fidan arasında keçirilən görüşdə Azərbaycan-Ermənistan sülh müzakirəsi ilə bağlı danışıqlarda ABŞ-ın Türkiyə ilə birlikdə hərəkət etmək qərarını açıqlaması həm də rəsmi Vaşinqtonun Bakının mövqeyini dəstəkləməyə başladığını göstərir. Çünki Türkiyənin məsələ ilə bağlı mövqeyi məlumdur. Türkiyə birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Türkiyə ilə birlikdə hərəkət qərarı Ermənistanda da böyük məmnunluq yaradıb.

Fakt budur ki, erməni diasporunun səyləri nəticə vermədi. Artıq dünyanın əksər aparıcı dövlətləri Azərbaycanın mövqeyini müdafiə edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar