Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan: KTMT-nin Cənubi Qafqazda məsuliyyət zonası hələ də aydın deyil...

Erməni nazir KTMT-ni İrəvan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə yenidən qınayıb...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, KTMT tərəfdaşlarının Cənubi Qafqazda öz məsuliyyət zonasını necə təmsil etdikləri hələ aydın deyil.

Poliqon xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” portalının məıumatında bildirilir.

Ermənistanın “məlum səbəblərdən” təşkilatda iştirakını dondurduğunu xatırladan Mirzoyan müvafiq sazişin təhlükəsizliyin, ərazi bütövlüyünün və müdafiənin təmin edilməsində qarşılıqlı yardımı nəzərdə tutduğunu vurğulayıb.

"Ermənistan təcavüzə məruz qalanda və onun ərazisinə təcavüzlər olanda biz KTMT üzrə tərəfdaşlarımız tərəfindən faktların müvafiq qəbulunu görmədik. Bu, təbii ki, erməni tərəfində suallar doğurur. Hələ ki, var bizim bu sullara cavab yoxdur, ona görə də biz KTMT-də iştirakımızı dondurmuşuq”, deyə nazir parlamentin xarici əlaqələr komissiyasının iclasında 2023-cü il üçün hökumət proqramının icrasını təqdim edərkən qeyd edib.

Qeyd edək ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan etmişdi ki, 2021 və 2022-ci illərdə baş verən hadisələr zamanı Ermənistanla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi yerinə yetirilməyib və buna görə də İrəvan KTMT-də iştirakını dondurub.

Martın 12-də mətbuat konfransı zamanı Paşinyan təşkilat “Ermənistanda məsuliyyət zonası ilə bağlı suala cavab verməsə” İrəvanın KTMT-dən çıxacağını istisna etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar