Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruminiya Rusiyadan qızıllarını tələb edir...

Zaxarova qızılların qaytarılmasını tələb etdikdən sonra Rumıniyaya bağışlanmış borclarını xatırladıb...

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Rumıniyanın 1916-1917-ci illərdə Rusiya imperiyasına verdiyi qızılların geri qaytarılması tələblərinə cavab olaraq, SSRİ dövründə Ruminyaya köçürülən qızıl ehtiyatlarını və İkinci Dünya Müharibəsindən sonra bağışlanan borcları xatırladıb.

Poliqon xəbər verir ki, bu barədə Rusiya XİN söçüsü telegram kanalında yazıb.

Qeyd edək ki, bir gün əvvəl Avropa Parlamenti “saxlanılması üçün Rusiyaya təhvil verilmiş milli irsin bir hissəsinin” Buxarestə qaytarılmasını tələb edən qətnamə qəbul etdi.

“Rumıniya rusofob platformalardan istifadə edir, məsələn, istənilən anti-Rusiya “tullantıya” hazır olan Avropa Parlamenti, görünür, özlərinin acınacaqlı iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə əsrlik xəyali borclarını bizim üzərimizə asmağa çalışır”, deyə Mariya Zaxarova Telegram kanalında yazıb.

Qeyd edək ki, Avropa Parlamentinin məlumatına görə, Rumıniya hökuməti Birinci Dünya Müharibəsi zamanı Rusiya imperiyasına 91,5 ton qızıl ötürüb. Mariya Zaxarova xatırladıb ki, 1935-ci ildə SSRİ “xoş niyyət əlaməti” olaraq Rumıniyaya çar dövründən qalan 1,4 min ton qiymətli əşya göndərib. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskva Böyük Vətən Müharibəsi zamanı, Rumıniyanın Üçüncü Reyxin müttəfiqi olduğu dövrdə Buxarestə “dağıntılara görə borcunu” bağışlayıb.

Xatırladaq ki, 1916-1917-ci illərdə işğal altında olan Rumıniya qızıl ehtiyatlarını saxlamaq üçün Rusiya İmperiyasına göndərib. Bundan əlavə, zərgərlik məmulatları və nadir sikkələrdən ibarət kral kolleksiyası, dövlət arxivləri və sənədləri, qiymətli tarixi əlyazmalar, rəsmlər, nadir kitablar və bir çox dövlət və özəl qurumların kolleksiyaları Rusiyaya daşınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycanda magistral yolda hərəkət məhdudlaşdırılacaq    

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Ən çox oxunanalar