Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husi lideri gəmilərə edilən hücumlarda 34 yaraqlının öldürüldüyünü bildirib

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib ki, Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə edilən hücumlar zamanı 34 yaraqlı öldürülüb...

Poliqon xəbər verir ki, Husi liderinin açıqlamasını “Al Masirah” telekanalı yayıb.

Abdel Malik əl-Husi həmçinin hücuma məruz qalan gəmilərin ümumi sayının 73-ə çatdığını da bildirib. O, Husilərin Ümid burnu bölgəsində gəmilərə qarşı əməliyyatlara başladığını qeyd edib.

“Dəniz əməliyyatlarımızı dayandıra biləcək yeganə şey Qəzza zolağına təcavüz və blokadaya son qoymaqdır”, deyə Abdel Malik əl-Husi qeyd edib.

Qeyd edək ki, Yəmən husiləri 2023-cü ilin noyabrında ABŞBritaniya gəmilərinə, eləcə də İsraillə əlaqəli olduğuna inandıqları gəmilərə hücum etməyə başlayıblar. Onlar hərəkətlərini İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatına dəstək verməklə izah edirlər. Yəmən üsyançıları ticarət gəmilərinə hücumlarla məhdudlaşmır. Martın 6-da Husilər hərəkatının rəsmi sözçüsü Yəhya Sari X sosial şəbəkəsində Amerikanın iki hərbi gəmisinə hücum barədə məlumat verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar