Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dənizkənarı Bulvar ərazisində salınan velosiped zolağı ilə bağlı rəsmi açılama - Yenilənib

Bulvar ərazisində velosiped yollarının salınmasına başlanılıb...

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, qurum Bakıda mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində hazırlanmış layihənin icrasını davam etdirir. Layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir.

Artıq Dənizkənarı Milli Park ərazisində də müvafiq işlərə başlanılıb. İlkin mərhələdə Bulvar ərazisindəki yolun uzunluğu təxminən 2200 metr təşkil edəcək (Dəniz Vağzalının qarşısından Azneft dairəsinədək). Bununla da Bulvar ərazisi digər küçə və prospektlərdə salınan velosiped yolları ilə əlaqələndiriləcək və bir dövrə tamamlanacaq. 

Növbəti mərhələlərdə bu şəbəkənin genişləndirilərək bütün Bulvar ərazisini əhatə etməsi planlaşdırılır. Görüləcək işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılacaq, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılacaq, əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunacaq.

***

“Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsidir və artıq Dənizkənarı Bulvar ərazisində də icra olunur”.

Bunu Oxu.Az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva deyib.

O bildirib ki, bu, Dənizkənarı Bulvar ərazisinə gələn şəxslərin istirahətini daha da səmərəli edəcək:

“Bulvarda istər piyadalar, istəsə də velosiped, skuter həvəskarları daha səmərəli zaman keçirə biləcəklər. Bütün məqamlar müvafiq qaydada tənzimlənəcək”.

***

Bakıda, dənizkənarı bulvar ərazisində velosiped zolağı çəkilib.

Oxu.Az-ın məlumatına görə, bu, müzakirələrə səbəb olub.

Çünki dənizkənarı bulvarın həmin ərazisində skuter və velosiped sürmək qadağan olunmuşdu.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar