Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən qədim meşəsi aşkarlandı

Alimlər İngiltərənin cənub-qərb sahillərindəki qayalıqlarda dünyanın ən qədim fosilləşmiş meşəsini aşkar etdiklərini açıqlayıblar.

Poliqon xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Belə ki, fosilləşmiş meşə Somersetdəki Mineheaddə yüksək hündürlükdə olan qumdaşı qayalarında tapılıb.
Ətraflı

Kembric və Kardiff universitetlərinin tədqiqatçıları bildiriblər ki, onların tapıntıları Britaniyadakı, həmçinin dünyada məlum olan ən qədim fosilləşmiş ağaclar ağaclardır. Kalamopiton kimi tanınan ağaclar palmaya bənzəyir. İndiki ağacların “prototipi” kimi təsvir edilən ağacların ən böyüyü 2-4 metr hündürlüyündədir. Tədqiqatçılar bitki qalıqları, həmçinin ağac gövdəsi fosilləri və kök izləri tapıblar. Fosillər ağacların yüz milyonlarla il əvvəl çay yataqlarını və sahil xətlərini sabitləşdirərək ətraf mühiti necə formalaşdırdığını göstərir.

Tədqiqatın müəlliflərindən biri, Kardiff Universitetinin Yer və Ətraf Mühit Elmləri Məktəbinin üzvüKristofer Berri qeyd edib ki, 30 ildir dünyada bu növ ağaclar tədqiq edilir, gövdələrin fotolarını ilk görəndə onların nə olduğu bilinir.

Təbiət Tarixi Muzeyinin bitki qalıqları üzrə mütəxəssisi Paul Kendrik o dövrdə ağacların birlikdə necə böyüdüyünə dair ipuclarının çox vacib olduğunu vurğulayıb. Fosil meşəsi Devon və Somerset sahillərindəki Hangman qumdaşı formasiyalarında tapılıb və Devon dövrünə, həyatın quruya doğru genişləndiyi 419-358 milyon il əvvələ aiddir.

Araşdırmanın müəlliflərindən biri, Kembric Universitetinin Yer elmləri fakültəsinin üzvü, professor Neil Davies diqqətə çatdırıb ki, bu, olduqca qəribə bir meşə idi. “Həmin meşə bu günə qədər gördüyümüz heç bir meşəyə bənzəmirdi. Ağacların altında yerdə kol-kos yox idi, ot hələ çıxmamışdı. Amma bu sıx ağaclardan çoxlu budaqlar yerə tökülüb və bunun ətraf mühitə çox böyük təsiri olub”, - deyə o qeyd edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar