Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NYT: Trampın prezidentliyə namizəd kimi irəli sürülməsi ABŞ üçün faciədir...

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasının namizədi kimi irəli sürülməsi bütün ölkə üçün faciədir...

Poliqon xəbər verir ki, bu fikir The New York Times qəzetinin dünən keçirilən praymerizlərin nəticələrinə dair məqaləsində səsləndirilib. Məqalədə qeyd edilir ki, ilkin seçkilərin nəticələrinin açıqlanmasından sonra Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülmək üçün lazım olan 1215 nümayəndə həddi yaxınlaşıb.

“Bu, Respublikaçılar Partiyası və bu partiyanın xidmət etməyə çağırdığı ölkə üçün faciədir”, deyə nəşr yazır.

Məqalə müəllifləri Trampın üçüncü dəfə prezident seçkilərində Respublikaçılar Partiyasını təmsil edəcəyinə şübhə etmirlər. Eyni zamanda, partiyanın onun üçün yalnız ambisiyalarını həyata keçirmək üçün bir vasitə kimi çıxış etdiyinə əminliklərini ifadə edirlər. Məqalədə qeyd edilir ki, Respublikaçılar Partiyası Trampın namizədliyini irəli sürməklə öz öhdəliklərini, prinsiplərini və vətənpərvərlik dəyərlərini güzəştə gedib.

“Partiya Ukraynanı dəstəkləmək vədlərindən və Avropadakı NATO müttəfiqlərimizin təhlükəsizliyinə sadiqliyindən əl çəkməyə hazır görünür”, deyə məqalə müəllifi fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar