Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: İranın Ermənistanda fəallaşması regionda müharibəyə gətirib çıxara bilər...

İranın Cənubi Qafqazda və xüsusən də, Ermənistanda fəallığının artması regionda hansı prosesləri tətikləyə bilər?..

Siyasi-şərhçi: “İran üçün təhlükə Qərbin Ermənistanda fəaliyyətinin genişlənməsidir. Əgər bu fəaliyyətin genişlənməsi Rusiyanın hesabına, Rusiyanın məhdudlaşdırılması nəticəsində baş verəcəksə, İran bununla razılaşmıyacaq və Rusiya da öz məhdudiyyətini gördükdə bu boşluqların Qərb tərəfindən deyil, İran tərəfindən doldurulmasında maraqlı olacaq”.

İran yaranan boşluqlardan istifadə etmək niyyətindədir. Ələxsus da, İran Ermənistanda öz mövqeylərini möhkəmləndirmək istəyəcək”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiyanın Ermənistanda öz məhdudiyyətini İranın tərəfindən dolduracaq iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Bu gün siyasi şərhçi Fərhad Məmmədov öz teleqram kanalında yazıb ki, Ermənistanı cəzalandırmaq üçün Rusiya daha çox İrandan istifadə edə bilər. Daha doğrusu Ermənistanda öz fəallığını azaltmaqla bu fəallığı İranın üzərinə keçirə bilər.

Bəs, bu halda, yəni İranın Cənubi Qafqazda və xüsusən də, Ermənistanda fəallığının artması regionda hansı prosesləri tətikləyə bilər? İranın Cənubi Qafqazda aktivləşməsi həm də gərginliyi və böyük müharibə təhlükəsi yaratmazmı?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Rusiya Ermənistanda özünün çıxılmaz vəziyətdə qalmasını Türkiyə ilə deyil, məhz İranla paylaşacağı gözlənilir və bu məntiqə uyğundur”.

Hal-hazırki dövrdə İranın Ermənistanda fəallaşmasının ilk növbədə Ermənistana zərər yetirəcəyini düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib qeyd edib ki, bu faktor Qərb Rusiya-İran arasında mübarizəni möhkəmləndirəcək və gərginliyi yüksəldəcək:

“Ənənəvi olaraq Rusiya Ermənistanda olub və bu İran üçün hər hansı bir təhlükə törətməyib. İran üçün təhlükə Qərbin Ermənistanda fəaliyyətinin genişlənməsidir. Əgər bu fəaliyyətin genişlənməsi Rusiyanın hesabına, Rusiyanın məhdudlaşdırılması nəticəsində baş verəcəksə, İran bununla razılaşmıyacaq və Rusiya da öz məhdudiyyətini gördükdə bu boşluqların Qərb tərəfindən deyil, İran tərəfindən doldurulmasında maraqlı olacaq. Rusiya Ermənistanda özünün çıxılmaz vəziyətdə qalmasını Türkiyə ilə deyil, məhz İranla paylaşacağı gözlənilir və bu məntiqə uyğundur. Çünki İran Rusiyaya strateji baxımdan daha yaxın ölkədir, nəyinki Türkiyə və yaxud Qərb.

Məsələyə ümumi fondan baxdıqda deyə bilərik ki, 30 il ərzində İranın Qafqaz siyasəti iflasa uğrayıb. 2020-ci il müharibəsi, 2023-cü ilin sentyrabrda Qarabağda həyata keçirilən anti-terror əməmliyyatları nəticəsində demək olar ki, İranın strateji baxımdan Cənubi Qafqazın hər üç ölkəsində heç nəyi yoxdur. İranın nə hərbi-siyasi müttəfiqi var, nə də strateji layihələri həyata keçirmək partnyorları mövcuddur. Ancaq İranın bölgədə bu 30 illik siyasəti nəticəsində əlində km-lik Azərbaycanın Qərb rayonlarından Naxçıvan Respublikasına gedən yolun bir hissəsi ola bilər. Belə olan halda İran yaranan boşluqlardan istifadə etmək niyyətindədir. Ələxsus da, İran Ermənistanda öz mövqeylərini möhkəmləndirmək istəyəcək .

Onu da qeyd edim ki, əgər Laçın yolu qalsaydı, bu artıq Azərbaycan üçün bir təhlükə mənbəyi ola bilərdi. Hal-hazırki dövrdə isə İranın Ermənistanda fəallaşması ilk növbədə Ermənistana zərər yetirəcək. Çünki Qərb Rusiya-İran arasında mübarizəni möhkəmləndirəcək və gərginliyi yüksəldəcək. Belə şərait də, Ermənistanla Azərbaycan arasında sülh sazişi prosesinə xələl gətirir.

Düşünmürəm ki, İranın Ermənistan ərazisində fəallaşması müharibəyə gətirib çıxarda bilər. Lakin İranın möhkəmlənməsi digər oyunçuları da, ələxsus Qərbi məcbur edəcəkdir ki, bu da sonucda Ermənistanda böhrana gətirib çıxarda bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar