Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Azərbaycan və Ermənistanla bağlı yürütdüyü siyasətdə dəyişiklik ola bilər?

Ciddədə XİN rəhbərlərinin görüşündə Azərbaycan səfirliyinin tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub...

Politoloq: “İranın ErmənistanAzərbaycana yönəlik siyasətində hansısa dəyişikliklərin olmasını gözləmirəm”.

Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsi, Ermənistanın Fransa ilə hərbi təlimlər keçirməsi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq sazişlərinin imzalanması, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və yüksək səviyyəyə çıxarılması, Fransa generalının Paşinyanın hərbi müşaviri təyin edilməsi kimi məsələlərə biz İran tərəfindən hansısa ciddi reaksiyaları görmədik”.

Bu sözləri politoloq Oktay Qasımov Azərbaycan səfirliyinin İranda bərpa edilməsi qərarının verilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanİran xarici işlər nazirlərinin Ciddədə keçirdiyi görüşdə Azərbaycan səfirliyinin tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Nəzərə alsaq ki, bu razılıq həm də Ermənistanın sürətlə Qərbə inteqrasiya çalışmaları fonunda baş verir və Tehran İrəvanla bağlı ciddi xəyal qırıqlığı yaşayır, o zaman demək olarmı ki, İranın AzərbaycanErmənistanla bağlı yürütdüyü siyasətdə dəyişiklik ola bilər? Yəni Tehran bundan sonrakı proseslərdə Ermənistanı müdafiə etməkdən, o cümlədən Zəngəzur dəhlizinə mane olmaq cəhdlərindən əl çəkə bilər?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “İranın məqsədi Türkiyənin Azərbaycanla və Orta Asiya ilə əlaqələrinin inkişafına və Türk Dövlətləri Təşkilatının güclənməsini mane olmaqdan ibarətdir”.

İranın əsas probleminin Ermənistanla bağlı olmadığını nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, İranın əsas problemi Zəngəzur dəhlizi ilə bağlı məsələdir. İran bu yolunn Ermənistan ərazisindən açılmamasını istəyir, Münki dəhluzə özü nəzarət etmək istəyir:

Azərbaycan diplomatik korpusunun İrana geri qayıtması və səfirliyin fəaliyyətinin bərpası, əlbəttə ki, müsbət hal kimi dəyərləndirilməlidir. Belə ki, artıq bir ildən artıqdır Azərbaycan səfirliyi İranda məlum terror hadisəsindən sonra fəaliyyətini dayandırıb. Azərbaycanİran arasındakı keçən ilki gərgin durum yumşalıb və münasibətlərin normallaşması üçün müəyyən addımlar atılıb. Amma təbii ki, bu münasibətlərin hələlik istənilən səviyyədə olduğu anlamına gəlmir.

Belə bir addımın atılması Ermənistanın Qərblə münasibətlərinin inkişaf etməsi fonunda baş verməsi o demək deyil ki, İranın siyasətində hansısa dəyişikliklər olacaq. Yəni İranın ErmənistanAzərbaycana yönəlik siyasətində hansısa dəyişikliklərin olmasını gözləmirəm. İranın Ermənistanın siyasətindən xəyal qırıqlığı keçirdiyini də düşünmürəm. Faktiki olaraq, Ermənistanda yerləşməyə çalışan dövlətlərlə İranın münasibətləri kifayət qədər normaldır. Belə ki, Fransa, Hindistan və Yunanıstan İranla kifayət qədər yaxşı münasibətlərə malikdir.

Oktay Qasımov: “İranın Ermənistanın yürütdüyü Qərbpərəst siyasətdən xəyal qırıqlığı keçirdiyini düşünmürəm”.

O cümlədən, Avropa İttifaqının mülki missiyasının Ermənistanda yerləşməsi, Ermənistanın Fransa ilə hərbi təlimlər keçirməsi, hərbi və hərbi-texniki sahədə əməkdaşlıq sazişlərinin imzalanması, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və yüksək səviyyəyə çıxarılması, Fransa generalının Paşinyanın hərbi müşaviri təyin edilməsi kimi məsələlərə biz İran tərəfindən hansısa ciddi reaksiyaları görmədik. Yəni faktiki olaraq, İran bu durumu qəbul etmiş kimi görünür.

Düşünürəm ki, İranın əsas problemi Ermənistanla bağlı deyil. İranın əsas problemi Zəngəzur dəhlizi ilə bağlı məsələdir. İran bu yolun Ermənistan ərazisindən açılmamasını istəyir. Çünki Azərbaycanın Naxçıvan, o cümlədən Türkiyə ilə əlaqələrinə imkan yaradacaq dəhlizə özünün nəzarət etməsi Tehran üçün çox aktual geosiyasi məslədir. İran bu yola nızarət etməyi Türkiyənin bölgədə rolunun güclənməsinin qarşısını almaq üçün əsas alət olaraq görür. Ümumiyyətlə, İranın məqsədi Türkiyənin Azərbaycanla və Orta Asiya ilə əlaqələrinin inkişafına və Türk Dövlətləri Təşkilatının güclənməsinə mane olmaqdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar