Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili Gürcüstanda siyasətə qayıda bilərmi?...

Gürcüstanın ədliyyə naziri Saakaşvilinin siyasətə qayıda biləcəyi iləbağlı sualı cavablandırıb...

“Məhkum edilmiş eks-prezident Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və Gürcüstanda siyasi fəaliyyətdə iştirak etmək hüququna malik deyil”.

Poliqon “Sputnik-Georgia” portalına istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Saakaşvili 2021-ci il oktyabrın 1-də vətənində saxlanılıb. Siyasətçi səkkiz ildə sonra ona qarşı bir neçə cinayət işinin qaldırıldığı ölkəyə gizli yolla gəlib. Həbs edildikdən sonra Saakaşvili aclıq aksiyasına başlayıb və səhhəti kəskin şəkildə pisləşib. Vəkil Şalva Xaçapuridze qeyd edib ki, müvəkkilində ondan çox xəstəlik aşkarlanıb.

Ukrayna parlamenti, daha sonra isə müxalif “Mtavari Arxi” televiziya şirkətinin təsisçisi Nika Qvaramiya və keçmiş prezidentin özü əfv tələbi ilə hazırkı dövlət başçısı Salome Zurabişviliyə müraciət edib.

Saakaşvili bu ilin oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi qurduğu Vahid Milli Hərəkat partiyasının seçki kampaniyasına qoşulmaq qərarına gəldiyini də bildirib. Buna qarşı ədliyyə naziri Rati Breqadze xatırladıb ki, Saakaşvili hazırda Gürcüstan deyil, Ukrayna vətəndaşıdır.

“Buna görə də o, Gürcüstan siyasətində iştirak edə bilməyəcək. O, gürcü siyasətçisi deyil. Ona görə də onun əfv olunmasının Gürcüstanda depolarizasiyaya töhfə verəcəyini söyləmək istər hüquqi, istərsə də siyasi məntiq baxımından mənim üçün tamamilə anlaşılmazdır”, deyə Breqadze qeyd edib.

Nazirin sözlərinə görə, əcnəbi vətəndaşın ölkədə siyasi fəaliyyətə çağırışları, eləcə də Gürcüstanda cinayət törətmiş və burada cəza çəkən Saakaşvilinin depolarizasiyaya təsir göstərməsi barədə bəyanatlar tamamilə qəbuledilməzdir.

“O, Gürcüstan vətəndaşı deyil, aktiv və ya passiv səsvermə hüququna malik deyil və deputat ola bilməz”, deyə Breqadze bildirib.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərarı dövlət başçısının mənəvi məsuliyyəti adlandırıb və vurğulayıb ki, “bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar