Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK 2027-ci ilə qədər Rusiya aktivlərindən 15 milyard avro gəlir əldə edəcək...

Avropa Komissiyası 2027-ci ilə qədər Avropa İttifaqında dondurulmuş 208 milyard avroluq Rusiya aktivlərinin investisiyasından 15 milyard avro gəlir əldə etmək mümkün olacağını hesablayıb...

Poliqon xəbər verir ki, bu barədə Avropa komissarı Didye Reynders bildirib. Komissar qeyd edib ki, buna qədər Aİ bir çox mərhələlərdən keçməlidir.

Avropa ölkələrində Rusiya Bankının 208 milyard avroluq aktivləri bloklanıb, onların əksəriyyəti Belçikadadır.

“Bu aktivlərdən gəlir olduqda, bu gəlirin vergiyə cəlb edilməsi Ukraynanı dəstəkləməyə yönəldilməlidir. Belçika hökuməti artıq bu gəlirləri vergiyə cəlb edib və o, bu vergilərdən əldə edilən gəlirlərə sərəncam verə bilər, xüsusən də onları Ukraynanı dəstəkləməyə yönəldə bilər”, deyə Reynders mətbuat konfransında bildirib.

AK-nin məşğul olduğu növbəti mərhələ aktivlərdən əldə edilən gəlirlərin xüsusi hesablarda yerləşdirilməsidir. Bu yolla AK ümumi məbləği təxmin edə biləcək.

“Gələcək həftələrdə razılığa gəlməyi gözləyirik ki, biz də onlardan istifadə edək. Biz indiyədək hesablamışıq ki, 2027-ci ilə qədər təqribən 15 milyard avro gəlirdən istifadə etmək olar, lakin bu, təbii ki, faiz dərəcəsindən və dividendlərdən asılı olacaq”, deyə Avropa komissarı bildirib.

Xatırladaq ki, fevralın 1-də Avropa Şurası AK-nin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın maliyyələşdirilməsi üçün istifadəsi təklifini təsdiqləyib. Gəlirlərin xüsusi hesablarda saxlanacağı, lazımi vergilər silindikdən sonra vəsaitlərin büdcəyə daxil olacağı və Ukraynaya yardıma gedəcəyi güman edilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Ən çox oxunanalar