Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrədə 160 ölkə toplaşıb Ukraynadakı sülhü müzakirə edəcək...

Ötən həftə Volodimir Zelenski Azərbaycanın Ukraynadakı sülh prosesində iştirakına şad olacağını bildirib...

Politoloq: “İndi faktiki olaraq Ukrayna-Rusiya münaqişəsində sülhün əldə olunması tək Rusiyadan aslı deyil. Yəni, ilk növbədə bəzi ölkələr, bəzi dairələr var ki, onlar ciddi cəhdlə bu müharibənin uzansına çalışırlar”.

“Necə ola bilir ki, bütün dünya, o cümlədən Qərb, Rusiya, hətta Çin belə 30 il müddətində Ermənistanın Azərbaycana təcavüzünə göz yumdular. İndi isə Ermənistanın təcavüzə məruz qaldığını iddia edirlər. Bunun adı nədir? Düşübürəm ki. bu sadəcə biabırçılıqdır”.

Bu sözləri politoloq Tofiq Abbasov İsveçrədə keçirilməsi planlaşdırılan qlobal sülh sammitinə Azərbaycanın dəvət olunmasını Poliqon-a şərh edərkən qeyd edib.

İsveçrədə keçirilməsi planlaşdırılan Ukrayna ilə bağlı qlobal sülh sammitinə 160-dan çox ölkənin nümayəndəsi dəvət olunacaq. Bunu Ukrayna prezident ofisinin rəhbəri Andrey Yermak ötən həftə bildirib. Yermaın sözlərinə görə, artıq rəsmi dəvətnamələr hazırlanıb və tezliklə ünvanlara göndəriləcək. Dəvət olunan ölkələr arasında Azərbaycan da var.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynadakı sülh prosesində iştirakına şad olacağını bildirib. Ukrayna prezidenti bu barədə fevralın 25-də Rusiya işğalına qarşı müharibənin 2-ci ildönümü ilə əlaqədar keçirdiyi mətbuat konfransında danışıb.

Dünya ölkələrinin böyük əksəriyyətinin iştirak edəcəyi bu forum həm də Rusiyanın təklənməsi anlamına gəlmirmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Doğurdan da 160 ölkənin nümayəndələri hesablanmış bir sülh konfransı keçirirsə, və həmin konfransda sadcə qınaq bəyanatı deyil, eyni zamanda konkret sülh planı səsləndiriləcəksə, təbii ki, bu konfrans alqışlanmalıdır”.

Beynəlxalq səviyyədə müstəmləkəçi ənənələrin yenidən gündəmdə gəldiyini nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, bu proseslərin hamısının fonunda bəzi dairələrin, dövlət rəhbərlərinin riyakarlığı, onların fitnə fmənbələri olması ortaya çıxır:

“Sülh konfransları hər hansı bir ölkəni təkləmək naminə keçirilmir. Əlbəttə ki, indi Rusiyaya çox böyük iradlar var. Buna baxmayaraq, indi faktiki olaraq Ukrayna-Rusiya istiqamətindəki sülhün əldə olunması tək Rusiyadan aslı deyil. Yəni, ilk növbədə bəzi ölkələr, bəzi dairələr var ki, onlar ciddi cəhdlə bu müharibənin uzansına çalışırlar. Onlar gah bu müharibənin sonunu ABŞ-da keçiriləcək prezident seçkiləriylə, gah digər ölkələrdə olan seçkilərlə, gah da nə bilim Yaxın Şərqdəki böhranla şərtləndirirrlər.

Bəziləri də deyirlər ki, Yaxın Şərqdə böyük müharibə gözlənilir, ola bilsin ki, o başlamazdan əvvəl Şərqi Avropada böyük kataklizmlər yaşansın. Şərqi Avropadan bəhs olunursa, əlbəttə ki, söhbət Moldovaynan Rusiya arasında gedən gərginlikdən və hazırda Ukraynada gedə müharibədən gedir. Ona görə də düşünürəm ki, doğurdan da 160 ölkənin nümayəndələri hesablanmış bir sülh konfransı keçirirsə, və həmin konfransda sadcə qınaq bəyanatı deyil, eyni zamanda konkret sülh planı səsləndiriləcəksə, təbii ki, bu konfrans alqışlanmalıdır.

Amma mən bunun belə olacağını düşünmürə. Sadəcə həmin konfranda hər zaman şahid olduğumuz şablon şağırışların olacağını düşünürəm. Düşünürəm ki, bu konfrans simpatiyalarla, antipatiyalar arasında bir mübarizə tədbiri olmamalıdır və konkret planla çıxış edilməlidir. Qeyd edim ki, belə olarsa, yəni dünyanın böyük əksəriyyət ölkəsi sülh üçün iradələrini dorudan ortaya qoyarlarsa, bu halda biz BMT-nin də güclənməsinin şahidi ola bilərik. Eyni zamnda məncə əksər dünya ölkələrindən verilən mesaj Həm Moskvada, həm də Kiyevdə eşidilə biklər.

Digər tərəfdən, vasitəçilər artıq hərəkətə gəlməlidir. Paralel olaraq sürətlə BMT-də islahatlar aparılmalı və bu aparıcı dünya təşkilatı yeni dünya düzəminə hazır olmalıdır. Daha doğrusu BMT yeni dünya düzənin lokomotivi olmalıdır.

Tofiq Abbasov: “Qərb dövlətləri digər ölkələrin problemlərinə daha səmimi yanaşmalıdırlar və onların problemlərini özlərinin faydalarına çevirmək üçün hər şeyi etməməlidirlər”.

Burada bunu da etiraf etmək lazımdır ki, Rusiya öz qonşusuna hücum edib. Amma məsələ ondadır ki, aqressiv və kolonial siyasəti təkcə Rusiya yürütmüer. Kolonial siyasət daha aqressiv bir şəkildə Qərbdən mayalanır. Yəni Fransanın, ABŞ-ın və digər aparıcı Qərb dövlətlərinin yürütdükləri siyasətlər bunun barz nümunəsidir və bu halda “Rusiya mən müdafiə olunuram” tezisini ortaya atarkən bir qədər haqlı dagörünür. Məsələ ondadır ki, Qərb dövlətləri digər ölkələrin problemlərinə daha səmimi yanaşmalıdırlar və onların problemlərini özlərinin faydalarına çevirmək üçün hər şeyi etməməlidirlər.

Konkret gözlənilən sülh konfransına gəlincə isə, düşünürəm ki, həqiqətən də sağlam mövqedən yanaşan ölkələr var ki, onlar çalışırlar ki, o gərginliyin dərəcəsi azalsın insanlar rahat nəfəs ala bilsinlər. Amma çox təssüf ki, belə bir konfranslarda, bəzi çıxışlarda, biz mücərrəd yanaşmaları, mücərrəd qiymətlərin verilməsinin şahidi oluruq. O mücərrədlik konkret heç bir nəticə gətirmir. Çünki əgər problem varsa, onun gərək həm yeri düzgün müəyyən edilə bilsin, həm də sənətkarları düzgün təyin olunsunlar.

Qədimdən belə bir söz var ki, əgər bir cinayət varsa, onun motivi də var. Yəni istər- istəməz arzuolunmaz təhlükəli məsələlərinin hamısının personofsikasiya tərəfi var. Yəni onun arxasında personalar, dairələr durur. Təbii iş-işdən keçəndən sonra onların hamısının adı bəlli olur. Ancaq bəzi hallarda onlar bəlli olduğu halda belə görürsən ki, ört basdır edilir. Görürsən ki, kimsə kimdən çəkinir, kimsə kimdənsə, utanır və s. Vaxtında o sözləri demək lazımdır.

Vaxtında hər şeyi həll etmək lazımdır. Necə ola bilir ki, bütün dünya, o cümlədən Qərb, Rusiya, hətta Çin belə 30 il müddətində Ermənistanın Azərbaycana təcavüzünə göz yumdular. İndi isə Ermənistanın təcavüzə məruz qaldığını iddia edirlər. Bunun adı nədir? Düşübürəm ki. bu sadəcə biabırçılıqdır”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar