Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Edi Rama: “Azərbaycan qazı Avropanın gələcəyi üçün həlledici əhəmiyyətə malikdir”  

“Azərbaycanın təbii qazı Avropanın ümumi gələcəyi üçün həlledici əhəmiyyətə malikdir”...

 

“Report” xəbər verir ki, bunu Albaniyanın Baş naziri Edi Rama martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında deyib.

E.Rama bildirib ki, Cənub Qaz Dəhlizi (SGC) Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Onun sözlərinə görə, SGC layihəsi ölkələri, şirkətləri və beynəlxalq maliyyə institutlarını bir-birinə yaxınlaşdıran intensiv əməkdaşlıq körpüsünə çevirib:

“Bu gün hamımız şahidlik edə bilərik ki, Cənub Qaz Dəhlizi artıq bir çox insanların həyatını dəyişib və Avropanı daha təhlükəsiz edib. Avropa mayeləşdirilmiş təbii qaz tədarükünü artırdığı dövrdə Cənub Qaz Dəhlizi, şübhəsiz ki, Avropa İttifaqına nəql olunan boru kəməri qazının bir neçə sabit və rəqabətədavamlı mənbələrindən biri olaraq qalacaq”.

E.Rama qeyd edib ki, Albaniya bərpa olunan enerji layihələrinə sərmayə qoymaq və dayanıqlı infrastrukturu inkişaf etdirməklə SGC-dən faydalanmağa davam etməyi hədəfləyir.

Poliqon.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Etiket: Edi Rama


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar