Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Bəzi Avropa sturukturları beyinsiz Makronunun axmaq siyasətinin girovuna çevriliblər...

Avropa Parlamentinin qətnaməsində Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq edilməsi çağırışı yer alıb...

Politoloq: “Avropa Parlamnetinə Cənubi Qafqazda istənilən bir şəraitlə bağlı xüsusilə, müdafiə və təhlükəsizliklə bağlı qərar çıxarmağa kim səlahiyyət verib”.

“Müdafiə və təhlükəsizlik konteksində Avropa Parlamenti niyə Cənubi Qafqazda cırtdan bir dövlətlə bağlı burnunu hər məsələyə soxa bilir?”.

Bu sözləri politoloq Natiq Miri Avropa Parlamentinin Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq edilməsi çağırışını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Avropa Parlamenti xarici siyasət, Aİ-nin təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib və hər iki qətnamədə Azərbaycana qarşı dərhal sanksiyalar tətbiq edilməsi çağırışı yer alıb. Bundan başqa qətnamələrdə qeyd olunur ki, Ermənistana qarşı hər hansı hərbi təcavüz olacağı təqdirdə Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olmaq tövsiyyə olunmaqla yanaşı Aİ-nin Ermənistandakı missiyasının mandatını genişləndirilməsi və Türkiyə ilə sərhəddə Aİ müşahidəçilərinin yerləşdirilməsi tələb olunur.

Almaniyada AzərbaycanErmənistan xarici işlər nazirlərinin danışıqlar apardığı bir vaxtda Avropa Parlamentinin Azərbaycana qarşı açıq düşmən mövqeyi sərgiləməsi nədən xəbər verir?

Avropa Parlamentinin Azərbaycana qarşı çıxmasını Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Avropa Parlamentinin bu qərarı da Fransanın bilavasitə təsirilə Almaniyada keçirilən görüşə bir cavabdır. Aydındır ki, Fransa Almaniyanın vasitəçiliyini qısqanır”.

Ermənistanın 5 aylıq atəşkəsi pozduğunu və Azərbaycan əsgərini snayperlə yaraladığını nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, nədənsə Ermənistandakı Avropa Birliyinin müşahidə missiyası səsinin içinə saldı və səslərini çıxarmadı:

Avropa Parlametinin bu cür anti-Azərbaycan qərarının arxasında yenə Fransanın izi görünür. Çünki Fransanın Avropa Parlamentində hələ də çox ciddi təsir imkanları mövcüddur. Çox təəssüf ki, bəzi Avropa sturukturları beyinsiz Makronunun axmaq siyasətinin girovuna çevriliblər.

Əlbəttə ki, Almananiyada AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü Fransanın xoşuna gəlməyib. Çünki Fransa bütövlükdə Avropa Birliyini oyundan kənar vəziyyətə salıb. Yəni bu dəfə Azərbaycan Almaniyaya tərəfsizlik imkanı tanıdı və demək olar ki, Fransanın vasitəçilik missiyasının üstündən birdəfəlik xətt çəkildi.Avropa Parlamentinin bu qərarı da Fransanın bilavasitə təsirilə Almaniyada keçirilən görüşə bir cavabdır. Aydındır ki, Fransa Almaniyanın vasitəçiliyini qısqanır.

Azərbaycana verilən mesaj budur ki, bizi kənarda qoyarsınızsa, bunun müəyyən bədəlləri olacaq. Ancaq Avropa parlamentinin çıxardığı qərarlar tövsiyyə xarakterlidi və bu Avropa icra sturukturları üçün əmr xarakteri daşımır. Amma bu məsələ hər bir halda düşünürəm ki, qabaqlayıcı tədbir kimi də düşünülə bilər. Çünki bu məsələnin aydınlaşması üçün konkret açıqlamalara ehtiyac var. Deyək ki, xarici siyasətdə xristian həmrəyliyi baxımından gələcək perespektivdə guya Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə qabqalayıcı tədbirlər görmək istəyi ortada ola bilər. Bunu haradasa anlamaq mümkündür.

Ancaq müdafiə və təhlükəsizlik konteksində Avropa Parlamenti niyə Cənubi Qafqazda cırtdan bir dövlətlə bağlı burnunu hər məsələyə soxa bilir? Bunun heç bir əsasla əsaslandırmadan birbaşa siyasi qərara çevirə bilir? Yəni bunun üçün zəmin və heç bir əsas yoxdur. Avropa Parlamnetinə Cənubi Qafqazda istənilən bir şəraitlə bağlı xüsusilə, müdafiə və təhlükəsizliklə bağlı qərar çıxarmağa kim səlahiyyət verib? Bir daha qeyd edim ki, bunun üçün əsaslandırma olmalıdır və belə bir əsaslandırma yoxdur.

Natiq Miri: “Gələcək perespektivdə sərhəddə hərbi təxribatlar törədilə və bu hərbi təxribatların Azərbaycandan törədildiyi haqqında Avropa Birliyi ilə Ermənistandakı müşahidə komissiyası yalançı hesabatlar verə bilər”.

Dildən-dilə sadəcə olaraq Makronun yaxud, Paşinyanın dilində Azərbaycan Ermənistana hücum edə bilər kimi fikirlərə əsaslanaraq bir böyük iqtisadi, siyasi birlik məkanının qərar çıxarması bu hüquqi nehilizmdir. Hüquq dəlillərlə çalışır. Ortada belə bir dəlil varmı? Ortada olan yeganə son dəlil ondan ibarətdir ki, Ermənistan 5 aylıq atəşkəsi pozdu və Azərbaycan əsgərini snayperlə yaraladı, bu bir təxribat idi. Nədənsə Ermənistandakı Avropa Birliyinin müşahidə missiyası səsinin içinə saldı və səslərini çıxarmadı. Hansı ki, atəşkəsi pozan və yeni bir hərbi toqquşmaya imkan, şərait yaradan tərəf Ermənistan idi. Yəni bu baxımdan müəyyən mənada bu qətnamənin qabaqlayıcı bir tədbir olduğunu düşünürəm.

Gələcək perespektivdə sərhəddə hərbi təxribatlar törədilə və bu hərbi təxribatların Azərbaycandan törədildiyi haqqında Avropa Birliyi ilə Ermənistandakı müşahidə komissiyası yalançı hesabatlar verə bilər. Bundan sonra bunu əsas gətirərək yalan məlumatlar dezinformasiyalara söykənərək Azərbaycana qarşı bu cür sanksiyaların tətbiq olunmasına yol aça bilərlər.

Hər bir halda növbəti dəfə Avropa strukturları xüsusilə də, Avropa Parlamenti Fransanın girovuna çevrildiyini bir daha sübüt etməklə bərabər, bir də heç bir əsas dəlil olmadan hüquqi qətnamələr qərarlar verə biləcəyini sübut etdi”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Moskvada 9 May-Qələbə Paradında spirtli içkilərin satışı məhdudlaşdırılacaq

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Ən çox oxunanalar