Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb - Yenilənib

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil etdiyi Xankəndi - Bakı ultra marafonunun ilk mərhələsi başa çatıb...

 

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, iştirakçılar “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışda 83 km məsafə qət ediblər.

Xankəndidə başlayan yürüşün birinci mərhələsi Yevlaxda yekunlaşıb. Birinci yeri Elmir Əskərov tutub. O, 83 km məsafəni 6 saat 52 dəqiqəyə qət edib. Ağa Əliyev finişə ikinci, Elman Abışov isə üçüncü pillədə çatıb. İdmançılar daha sonra Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

***

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultra marafonunun açılış mərasimi olub.

“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk dəfə təşkil edilən yarışın açılışı Xankəndidə baş tutub.

İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə yarış keçirməyin onlar üçün böyük fəxr olduğunu bildirib: "Bu, Azərbaycanda keçirilən ilk beynəlxalq yürüşdür. Hər kəsə uğurlar arzulayıram. Yol uzaqdır və hava soyuqdur. Buna baxmayaraq, idmançıların məsafəni qət edəcəklərinə inanıram".

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov da öz növbəsində iştirakçılara uğurlar arzulayıb: "Burada tarixi anı yaşayırıq. Azərbaycanda ilk dəfə bu məsafədə beynəlxalq ultra marafon təşkil olunur. Bu tarixi anı bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 389 km-dən sonra hər birinizi Bakıda gözləyəcəyik".

Sonda Azərbaycan Dövlət Himni səslənib.

Qeyd edək ki, ultra marafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar