Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Departamenti: Vaşinqton Rusiyanın Dnestryanıdakı hərəkətlərini diqqətlə izləyir

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın tanınmamış Dnestryanı bölgəsindəki hərəkətlərini diqqətlə izləyir...

Poliqon Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Millder Vaşinqtonun Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

“Biz Kişinyov və Tiraspolu birlikdə işləməyə və Dnestrin hər iki sahilindəki sakinləri narahat edən aktual problemlərin həlli yollarını tapmağa çağırmaqda davam edirik”, deyə Miller brifinq zamanı bildirib.

Qeyd edək ki, fevralın 28-də tanınmamış “Pridnestroviya Moldova Respublikası” deputatlarının qurultayında Dövlət Dumasına və Federasiya Şurasına müraciətlə qərarlar qəbul edilib. “Dnestryanı” hakimiyyət Moldovanın iqtisadi blokadasına görə Rusiyadan kömək istəyib.

Sənəddə həmçinin Moldova və “Dnestryanı Respublika” arasında münaqişənin daha da genişlənməsinin qarşısının alınması xahişi ilə BMT-nin Baş katibinə, MDB-yə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq birliklərə müraciətlər də yer alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar