Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beş uşağını təhsildən yayındıran ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb

Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb...

Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri məlumat verib.

Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib:

Bərdə rayonundan bu məlumatı mənə vermişdilər. Amma bildirirdilər ki, ailə artıq Bakı şəhərində, Abşeron ərazisində məskunlaşıb. Ananın himayəsində olan 5 uşağın hər biri təhsildən yayındırılıb. Çünki artıq 4 aya yaxındır ki, qadın uşaqları ilə Bakıdadır. Ərinin pis vərdişlərə aludə olduğu bildirilir.

Məsələnin araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Onlar da öz tərəflərindən həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də Abşeron Rayon Polis İdarəsinə məlumat verdilər. Ananın harada olduğu aşkarlanıb. Həqiqətən də ana 15 yaşlı qızını 32 yaşlı öz əmisi oğluna nişanlayıb. Həmçinin cütlüyə “isti” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Onu da deyim ki, qız oxumaq istəyir”.
Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə səslənərək qurum tərəfindən məsələ ilə bağlı təhqiqat işlərinə başlanılmasını istəyib:

“Qıza qarşı təcavüzün və ya seksual hərəkətlərin olub-olmaması ilə bağlı təhqiqat işi və araşdırma aparılsın”, - deyə Kəmalə Ağazadə qeyd edib.

Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq, məsələnin araşdırıldığı bildirilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Tbilisi meri: QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir

Ən çox oxunanalar