Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Slovakiyanın Baş naziri: Qərb Ukrayna ilə bağlı daha pis qərar qəbul etməyə doğru gedir...

Slovakiyanın Baş naziri Robert Fiko Avropa və dünya liderlərinin Ukraynadakı vəziyyətlə bağlı bazar ertəsi, fevralın 26-da Parisdə keçirilməsi planlaşdırılan görüşünü şərh edib...

Poliqon xəbər verir ki, Fiko bu barədə Facebook-dakı müraciətində yazıb. Slovakiyanın Baş naziri qeyd edib ki, müzakirə üçün nəzərdə tutulan mövzular əsasında “daha pis həll yolu”na doğru hərəkət edildiyini görür.

“Bazar ertəsi danışacağımız mövzular haqqında mövcud məlumatlar məni üşüdür. Qorxuram ki, Qərb Ukraynadakı vəziyyətlə bağlı ən pis qərarın qəbuluna doğru gedir”, deyə Fiko Facebook-dakı müraciətində bildirib.

Bununla əlaqədar olaraq, Fiko bazar ertəsi səhər hökumətin və Dövlət Təhlükəsizlik Şurasının iclasını çağırıb. Fiko həmçinin Slovakiya hərbçilərinin Rusiya-Ukrayna münaqişəsində iştirakının qarşısını alacağına söz verib. Baş nazirin sözlərinə görə, Qərbin iki yolu var: “gərginliyin total şəkildə artması”nı davam etdirmək və Kiyevə “məhdud hərbi və maliyyə yardımı” göstərmək və ya sülh yolu ilə nizamlanma planı təqdim etmək. Fiko hesab edir ki, Qərb birinci variantı seçəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Kral III Çarlz xərçəng diaqnozundan sonra gələn həftə vəzifələrinə davam edəcək

Nazpəri Dostəliyeva: “Ailə qurduqdan sonra həyat yoldaşım icazə verdi, toylara getdim” - Video

Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Ən çox oxunanalar