Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya azərbaycanlıları Xocalı şəhidlərini anır

Prezident İlham Əliyev: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

Ermənilər zaman-zaman xalqımızın başına müsibətlər gətiriblər. Bunlardan ən dəhşətlilərindən biri də 1992-ci ildə baş verən Xocalı soyqırımıdır. Tarixdən məlumdur ki, hələ XX əsrin əvvələrində, 1905-07, 1918-20-ci illərdə Xocalının əhali soyqırıma məruz qalmışdır. Şəhər tamamilə yandırlımış, demək olar ki, məhv edilmişdi.

Amma buna baxmayaraq insanlar öz torpaqlarından çıxmamışdılar. Sonradan sağ qalan xocalılar Xocalını yenidən bərpa etmişdilər. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Xocalıların dediyinə görə 1992-ci ilə qədər Xocalı və ətraf kəndlər qəhrəmancasına müdafiə olunmuşdur. 1992-ci ilin 7 fevralından başlayaraq bu kəndlərin başı üzərini qara buludlar almağa başlamışdır. Azərbaycanlıların ən sıx məskunlaşdığı yaşayış məntəqəsi olan mərkəz Şuşa şəhəri idi.

Bu ağır günlərdə şuşalılar, eləcə də ağdamlılar qaçqın düşmüş əhaliyə çox köməklik göstərmişdirlər, hamıya yer, ərzaq, geyim vermişdirlər. Bununla da yüzlərlə soydaşımız öz doğma yurd-yuvalarından didərgin düşmüşdür. Neçə-neçə ailənin ocağı söndürülmüş, obası viran edilmişdir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir.

Azərbaycan dövləti və xalqı Xocalı şəhidlərini heç zaman unutmur. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli MəclisXocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir. Hər il 26 fevral günü ölkədə Xocalı şəhidləri ehtiramla anılır. Ölkə rəhbərliyi səviyyəsidə Bakıdakı Xocalı abidəsi ziyarət olunur. Bütün ölkə üzrə anım mərasimləri keçirilir.

Artıq dünya azərbaycanlıları Xocalı şəhidlərini anır. “Xocalıya Ədalət” kampaniyası öz müsbət efektini verib. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Azərbaycanın səfirlikləri, Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 32-ci ildönümünü qeyd etməsi ilə bağlı tədbirlər planı təsdiqlənmişdir. Xocalı faciəsini anmaq məqsədilə bu il də konfranslar, anın mərasimləri, sərgilər və s. təşkili edilir. Həmçinin xarcədə faciə qurbanlarının xatirəsinə dualar oxunur, məscidlərdə ehsanlar verilir. Xocalı faciəsilə bağlı filmlər nümayiş olunur. Anma mərasimləri şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayır. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən internet vasitəsilə ictimai qurumlarına, Azərbaycan diaspor təşkilatlarına, türk icmalarına, qeyri-dövlət qurumlarına, mətbuat və informasiya vasitələrinə Xocalı faciəsinə dair həqiqətləri əks etdirən müraciət yayılır.

Azərbaycan diasporunun fəalları müxtəlif ölkələrin parlamentində də görüşlər keçirərək bu soyqırımı zamanı öldürülənlər, girov götürülənlər, əlil və itkin düşənlər haqda məlumat verirlər. Bu kimi fəaliyyətlərin nəticəsi olaraq Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır.

Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.

Prezident İlham Əliyev demişdir ki, Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir. Elə məhz Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Erməni işğalına, zülmünə son verilmişdir. Xocalı şəhidlərinin qanı yerdə qalmamışdır.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar