Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xocalıda soyqırım abidəsi qoyulacaq

Bir neçə gün sonra erməni vəhşiliyinin ən bariz nümunəsi olan Xocalı soyqırımının növbəti ildönümünü anacağıq. 30 ildən sonra faciə qurbanlarını elə Xocalının özündə yad edə biləcəyik.

Poliqon.info bildirir ki, Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov soyqırımının anım mərasiminin elə yerində anılmasının əhəmiyyətini Modern.az-a belə izah edib:

"Ermənilər tərəfindən Xocalıda törədilən soyqırımının 32-ci ildönümü Xocalıda yad ediləcək. Bu il də respublikamızın hər bir guşəsində, təşkilatlarda, müəssisələrdə, xarici ölkələrdəki diplomatik korpuslarda, müxtəlif cəmiyyətlərdə Xocalı soyqırımı anılacaq.

Bu il ilk dəfə olaraq Xocalıdan olan müəyyən qrup soyqırımını qurbanlarını doğma torpaqlarda yad edəcək. Bu da Azərbaycanın gücündən, onun suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından xəbər verir. Anım gününü Xocalıda keçirmək şəhidlərimizin ruhunun şad olması, xocalılıların həsrətinə son qoyulmasıdır. Bununla bağlı cənab Prezidentimizin rəhbərliyi ilə hələ çox işlər görüləcək. Xocalıda, ermənilərin qırğınlar törətdikləri ərazilərdə kütləvi məzarlıqlar aşkar olunur. Belə məzarlıqlar hələ çox yerlərdə aşkar olunacaq. Bunlar erməni qəddarlığından, düşmənçiliyindən xəbər verir".

E.Məmmədov Qarabağda Soyqırımı muzeyinin açılmasından da danışıb:

"Mən və xocalılar tərəfindən müəyyən təkliflər səsləndirilib. Yəqin ki, cənab Prezidentin rəhbərliyi ilə məsələlərə xüsusi diqqət yetiriləcək. Xocalıda soyqırımı abidəsi qoyulacaq, muzeyin yaradılması da məqsədəuyğundur. Kütləvi qırğın olan ərazilərə xatirə lövhələrinin vurulması vacibdir. Yəni çox işlər görüləcək. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərimizdə də bu məsələlərə xüsusi diqqət yetiriləcək".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar