Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistanda məcburən B planını keçə bilərmi?

Rusiyanın Paşinyanla bağlı “məxməri inqilab” planlarının uğursuzluğunun əsas səbəbi nədir?..

Politoloq: “Faktiki olara bu gün Ermənistanın daxilində baş verən aksiyalar Paşinyanın əleyhinə olan qüvvələrin, Rusiya mərkəzli qüvvələrin demarşıdır”.

“Hamıya bəlli olan məsələ odur ki, bu gün Nikol Paşinyan Ermənistanın daxilində müxtəlif aksiyaların olmağında maraqlıdır”.

Bu sözləri politoloq Tural İsmayılov Ermənistanda Paşinyana qarşı keçirilən aksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

İrəvanın mərkəzində Paşinyanın istefası tələbi ilə mitinqlərin keçirilməsi Ermənistanda hakimiyyət dəyişikliyi iddialarının güclənməsinə səbəb olub. Bəs, bu kimi qarşıdurmalar Paşinyanın hakimiyyətdən getməsinə səbəb ola bilərmi? Ümumiyyətlə, Rusiyanın Paşinyanla bağlı “məxməri inqilab” planlarının uğursuzluğunun əsas səbəbi nədir və gələcəkdə Moskva məhz “yumşaq güc” vasitəsi ilə Ermənistanda mövqeyini qoruyub saxlaya biləcəkmi, yoxsa Kreml məcburən B planını işə salmalı olacaq?

Rusiyanın Ermənistanla bağlı planını Poliqon-un əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Kremlin istənilən B planın da keçərli olacağını düşünmürəm”.

Bu gün Nikol Paşinyan Ermənistanın daxilindəki müxtəlif aksiyalardan özünün çirkin provikasiyalarına bəhanə kimi istifadə etməyə çalışdığını qeyd edən politoloq Poliqon-a bildirib ki, hansısa lokal qarşıdurmalar indiki dövrdə Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilməz:

“Faktiki olara bu gün Ermənistanın daxilində baş verən aksiyalar Paşinyanın əleyhinə olan qüvvələrin, Rusiya mərkəzli qüvvələrin demarşıdır. Həm də hesab edirəm ki, bəzi aksiyalar Paşinyanın özünə də sərf edir. Paşinyan müəyyən qədər belə aksiyaları gizlin təşkil etdirə bilər və yaxud da ümumiyyətlə, bu aksiyaların davamlı olmağında maraqlı görünə bilər. Çünki Paşinyan sistematik olaraq Azərbaycanla sülh məsələsindən yayınır və özəlliklə Fransanın Ermənistanı silahlandırması fonunda Azərbaycanla yeni bir gərginliyə qədəm qoymağa doğru gedir. Belə olduğu təqdirdə özünün provikasiya və təxribatlarını haqq qazandırmaq üçün Ermənsitanın daxilindəki hansısa aksiyaları örnək göstərməyə çalışır və qeyd edir ki, Ermənistanın guya daxildə ciddi siyasi problemləri var.

Paşinyana qarşı həqiqətən də revonşist hərəkat var və ona görə də Nikol Paşinyan sülh məsələsindən yayınmağa çalışır. Yəni hamıya bəlli olan məsələ odur ki, bu gün Nikol Paşinyan Ermənistanın daxilində müxtəlif aksiyaların olmağında maraqlıdır. Bu gün Nikol Paşinyan Ermənistanın daxilindəki müxtəlif aksiyalardan özünün çirkin provikasiyalarına bəhanə kimi istifadə etməyə çalışır və əlbəttə ki, hansısa lokal qarşıdurmalar indiki dövrdə Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnə bilməz.

Eyni zamanda Kreml Paşinyanın hakimiyyətdən getməyini istəyir və bunun üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. Amma indiki məqamda Ermənistan revonşistlərin ictimai rəydə nüfuzu və hörməti yoxdur. Ona görə də, Kremlin istənilən B planın da keçərli olacağını düşünmürəm”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar