Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədən danışıb...
Poliqon xəbər verir ki, FoxNews telekanalına müsahibə verən Ukrayna lideri Karlsonun Putinlə söhbəti zamanı nələrin müzakirə olunduğunu qısaca bildiyini deyib. Xüsusən də o, mediada bəzi mesajlar eşidib, müşavirləri bu barədə danışıblar. Zelenski həmçinin bildirib ki, bu, qatillə müsahibədir.
"Amma mənim, haqqımızda, dünya haqqında, ABŞ, münasibətlərimiz haqqında iki saatdan çox cəfəngiyyata qulaq asmağa vaxtım yoxdur. Ona görə də qısaca bilirəm ki, söhbət nədən gedirdi", deyə prezident bildirib.
Zelenski Putini də etibarsız adam adlandırıb. O xatırladıb ki, Rusiya lideri Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronu rusların guya Ukrayna torpaqlarını işğal etməyəcəyinə inandırıb.
Qeyd edək ki, Taker Karlsonun Vladimir Putinlə müsahibəsi fevralın əvvəlində dərc olunub. Amerikalı jurnalist diktatorla danışmaq üçün xüsusi olaraq Moskvaya gəlib və buna görə ABŞ-da, o cümlədən həmkarları tərəfindən kəskin tənqid edilib.
Poliqon.info