Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Maliyyə Nazirliyi: Yeni anti-Rusiya sanksiyaları 500-dən çox hədəfə təsir edəcək

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları “500-dən çox hədəfə” qarşı yönəldiləcək...

Poliqon xəbər verir ki. bu barədə ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo bildirib. Məhdudiyyətlərin bu gün, fevralın 23-də tətbiqi planlaşdırılır.

Nazir müavininin sözlərinə görə, sanksiyalar Rusiyanın silah istehsalı üçün zəruri olan mallara çıxış əldə edə bilməyəcəyini təmin etmək məqsədi daşıyır. Məhdudiyyətlər həmçinin Rusiyanın iqtisadiyyatını dəstəkləmək üçün ehtiyac duyduğu gəlirlərə çıxışını yavaşlatmağı da hədəfləyir.

Adeyemo qeyd edib ki, sanksiyalar Rusiyanın hərbi sənaye kompleksinə və üçüncü ölkələrdəki şirkətlərə təsir edəcək ki, bu da Rusiyanın ehtiyac duyduğu mallara çıxışını çətinləşdirəcək.

“Biz yüzlərlə sanksiya tətbiq edəcəyik, lakin yadda saxlamaq lazımdır ki, Amerika bu addımları atmaqda tək deyil”, deyə Uolli Adeyemo Reuters Agentliyinə deyib.

Qeyd edək ki, ABŞ Dövlət Katibinin müavini Viktoriya Nuland Vaşinqtonun planlaşdırdığı məhdudiyyətlərin “dağıdıcı” olacağını və onların əksəriyyətinin Rusiyanın müdafiə sənayesinə təsir edəcəyini bildirib.

Avropa İttifaqı isə hazırda Rusiyaya qarşı 13-cü sanksiyalar paketini hazırlayır. Bu sanksiyaların sabah, fevralın 24-də, Rusiyanın Ukraynada hərbi əməliyyatına başlamasının ildönümündə təsdiqlənəcəyi gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar