Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Toivo Klaarı qəbul edib

Ceyhun Bayramov Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığı barədə Toivo Klaarı məlumatlandırıb...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

XİN başçısı uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

"Sülh sazişi layihəsinə gəldikdə Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlıyıq. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar qəbuledilməzdir",-deyə məlumatda qeyd olunub.

Görüşdə habelə, tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ən çox oxunanalar