Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış həkim məhkəmədə “Azərsu”ya qalib gəldi

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı qaldırdığı məhkəmə prosesi bu gün sona çatıb...

Oxu.Az xəbər verir ki, həkim Zaur Orucov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məhkəmədə qalib gəlib.

Həkimə bəraət verilib.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı həkim Zaur Orucov ilə əlaqə saxlayıb.

O, dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Dəstək olan, maraqlanan hər kəsə minnətdaram. Vəkilimin xüsusi payı oldu. KİV-in də böyük rolu oldu. Bütün məhkəmə prosesini düzgün şəkildə işıqlandırıblar. Sentyabrdan bəri məhkəmə və ekspertiza prosesi gedir.

Bu gün sonuncu iclas oldu. Tam bəraət qazandım. Çünki işdə konkret təhqir olunan şəxs yox idi. 148-ci maddə ilə, yəni təhqiretmə ilə məni ittiham etdilər. Mənim təhqir etdiyimi dedilər. 6 ay müddətində kimi təhqir etdiyim soruşdum demədilər. Su ilə iki ilə yaxındır problem var idi. Bir dəfə 1 ay su olmadı. Müraciət etdim. Deyirdilər ki, haqlısan. Su ilə də təmin etdilər.

Lakin sonradan təhqir etdiyimi dedilər. Hətta video şəklində təhqir etdiyimi bildirdilər. Orada heç nə yox idi. 6 ay stress yaşadım. Amma haqq yerini tapdı”.

Xatırladaq ki, ötən il avqust ayında “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tanınmış azərbaycanlı terapevt Zaur Orucova qarşı məhkəmə iddiası qaldıraraq, onun 6 ay müddətinə həbsə məhkum edilməsini istəyib. Zaur Orucovun təhqir edildiyi iddia olunurdu.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar