Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Rəfah şəhərinə hücumla bağlı Netanyahuya məsləhət verib...

ABŞ prezidenti Co Bayden İsrailin Baş nazirinə dəqiq plan olmadan Rəfahda əməliyyat keçirməməyi tövsiyə edib...

ABŞ prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb. Söhbət zamanı Bayden Netanyahuya Qəzza zolağının cənubundakı Rəfah şəhərində mülki əhalinin müdafiəsi üçün dəqiq plan olmadan hərbi əməliyyata başlamamağı tövsiyə edib.

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Bayden Rəfahdakı vəziyyətə də toxunub və vurğulayıb ki, etibarlı və həyata keçirilə bilən plan olmadan hərbi əməliyyat başlanmamalıdır", deyə Ağ Evin mətbuat xidməti bildirib. Mətbuat xidmətindən əlavə ediblər ki, belə bir plan bölgədəki mülki şəxslərin müdafiəsini təmin etməlidir.

“Danışıqlar zamanı ABŞ və İsrail liderləri Fələstinin HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məsələsini də müzakirə ediblər. Bundan başqa, Qəzza zolağına humanitar yardımın çatdırılması məsələləri də həll olunub”, deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.

Qeyd edək ki, daha əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, mülki insanları qorumaq planı olmadan Rəfəhdə İsrail ordusunun böyük əməliyyatı fəlakət olacaq.

Son məlumatlara görə Netanyahu orduya Rəfahda döyüşə hazırlaşmağı, iki gün sonra isə vətəndaşların təxliyyəsi və HƏMAS batalyonlarının məhv edilməsi üçün plan hazırlamağı əmr edib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib və bu, Qəzzanın blokadasına və digər ərazilərdə hərbi əməliyyatlara səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

MN-dəki 143 milyonluq mənimsəmə: “Tapşırıqları Nəcməddin Sadıkovdan alırdıq”

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Ən çox oxunanalar