Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ Rusiyaya qarşı sanksiyaları razılaşdıra bilməyib

Avropa İttifaqı səfirləri Macarıstanın mövqeyinə görə Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilməyiblər...

Avropa İttifaqı ölkələrinin səfirləri Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini dəstəkləməyən Macarıstanın mövqeyinə görə Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiq edə bilməyib.

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Aİ səfirlərinin görüşündə sanksiyaların əleyhinə çıxış edən yeganə ölkə Macarıstan olub. Sanksiya siyahısı Rusiya, Çin və digər ölkələrdən 200-ə yaxın şəxs və şirkətə qarşı məhdudiyyətləri nəzərdə tutur. Adı açıqlanmayan məmurun sözlərinə görə, Macarlar Çin şirkətlərinə görə sanksiyalara veyo qoyub.

Qeyd edək ki, Aİ ölkələri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini fevralın 24-də, Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümünə qədər qəbul etməyi planlaşdırır. Reuters Agentliyinin məlumatına görə, bu tarixə qədər sanksiyaları qəbul etməyə vaxt tapmaq üçün Avropa Komissiyası malların idxalına yeni qadağaları paketə daxil etməyəcək. Bloomberg Agentliyinin məlumatına görə isə Rusiya hüquqi şəxsləri ilə yanaşı, məhdudiyyətlərin yeni siyahısına üç Çin şirkəti, həmçinin Honq-Konq, Serbiya, Hindistan və Türkiyədən firmalar daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar