Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya yardımdann daha çox ABŞ faydalanır: Pulun 90 faizi ölkədə qalır...

ABŞ Ukraynaya yardım göstərməkdən çox faydalanır. Dəstək üçün ayrılan bütün vəsaitin 90%-i Kiyevə getmir, ölkə daxilində qalır...

Poliqon xəbər verir ki, bunu Yale Baş Direktorluq İnstitutunun prezidenti Cefri Sonnenfeld və İnstitutun elmi direktoru Stiven Tian The Time jurnalında dərc olunan məqaləsində qeyd edib.

Qeyd olunur ki, Ukraynaya hərbi yardımın göstərilməsi ABŞ-a ən azı 38 ştatda minlərlə iş yeri yaratmağa imkan verib. Bu, aparıcı silah istehsalçılarının yeni müəssisələrə milyardlarla dollar sərmayə qoyması ilə bağlıdır.

"Ukraynanın ən çox güvəndiyi sursatların demək olar ki, hamısı ABŞ-da istehsal olunur. Alabamada istehsal edilən "Javelins"dən tutmuş Qərbi Virciniya, Arkanzas və Texasda istehsal edilən GMLRS-ə qədər. ABŞ-da istehsal olunan gecə görmə cihazları, tibbi ləvazimatlar və kiçik silah sursatları kimi kiçik əşyaları da var. Ukraynaya hər hansı əlavə yardım, çox güman ki, ABŞ iqtisadiyyatına daha çox kömək edəcək", deyə məqalədə bildirilir.

Bundan əlavə, Ukraynadakı müharibə NATO-nu "yenidən işə salıb" və bu, ABŞ-ın nisbi iqtisadi yükünü azaldıb. ABŞ-ın eks-prezidenti, indi isə bu posta namizəd olan Donald Tramp dəfələrlə Avropa ölkələrinin Alyansa kifayət qədər töhfə vermədiyini bəyan edib.

"Putinin Ukraynaya təcavüzünə qədər yalnız iki Avropa ölkəsi öz ÜDM-nin 2%-dən çoxunu müdafiəyə xərcləyirdi. İndi NATO-nun 11 üzvü öz ÜDM-nin 2%-dən çoxunu müdafiəyə xərcləyir, Polşa kimi bəzi üzvlər isə bundan da çox xərcləyirlər. Ən azı altı Avropa ölkəsi təkcə keçən il müdafiə xərclərini 10%-dən çox, o cümlədən bəziləri 30% artırıb", deyə müəlliflər qeyd edir.

Eyni dərəcədə vacib amil, ABŞ ordusu tərəfindən bir itkisi olmadan Rusiyanın hərbi gücünün 50% azaldılmasıdır. Vurğulanır ki, Amerikanın müdafiə büdcəsinin cəmi 5%-i və ölkənin ümumi dövlət xərclərinin 1%-dən az hissəsi Ukraynaya yardıma yönəldilib. Vaşinqton hər il eyni məbləği, məsələn, dövlət qurumları üçün proqram təminatına xərcləyir. Əvəzində Rusiya dövlət büdcəsinin 40%-ni müdafiəyə sərf edir.

Eyni zamanda, yalnız son beş ayda Rusiya Federasiyası donanmasının ən azı 1/5-ni itirib - bəzi müharibədən əvvəlki hesablamalara görə, o, dünyanın ən güclü donanması idi. Və bu, Ukraynanın hətta tam hüquqlu donanmasının olmamasına baxmayaraq baş verib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayının sonlarında ABŞ prezidenti Co Bayden Konqresə əlavə maliyyə tələbi təqdim edib. Həmin paketə Ukraynaya dəstək üçün vəsait də daxildir - təxminən 60 milyard dollar. Lakin ştatlardakı daxili siyasi proseslərə görə paket hələ təsdiqlənməyib.

Pentaqon Ukraynaya sonuncu yardım paketini 2023-cü ilin dekabr ayının sonunda ayırıb. Hazırda yeni dəstək üçün pul yoxdur.

2024-cü il fevralın 13-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollar məbləğində maliyyə yardımı göstərilməsi haqqında qanun layihəsini dəstəkləyib. Növbəti addım qanun layihəsinin Nümayəndələr Palatasına verilməsi olub.

Daha sonra ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardım haqqında qanun layihəsini səsverməyə çıxarmayacağını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ən çox oxunanalar