Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə dollara olan təlabat kəskin artıb - Bunun səbəbi nədir?

Mərkəzi Bankın prosesə müdaxilə etməməsi manat üçün hansısa təhlükəli vəziyyətin ortaya çıxmasına səbə ola bilərmi?..

İqtisadçı-ekspert: “Deputat sadəcə olaraq təklif verib. Ölkədə rekord məbləğdə dolların satılmasına Mərkəzi Bankının heç bir tədbir görməməsi söhbəti də yalnışdır”.

“2024-cü ilin yanvarında Mərkəzi Bankın ehtiyatları artıb. Bu da o deməkdir ki, bazarda daha çox dollar olub və Mərkəzi Bank dolları bazardan yığıb”.

Bu sözləri iqtisadçı-ekspert Xalid Kərimli Mərkəzi Bankın keçirdiyi hərracda rekord məbləğdə dolların satılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Mərkəzi Bankın keçirdiyi hərracda rekord məbləğdə dollar satılıb. Ümumilikdə bankların dünənki sifarişi 151.1 milyon dollar olub və bununla bağlı iqtisadçı alim, millət vəkili Vüqar Bayramov narahatçılğını ifadə edib. Deputat Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsinə diqqəti çəkib və qeyd edib ki, bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir.

Ölkədə dollara olan təlabatın kəskin artmasının əsas səbəbi nədir və Mərkəzi Bankın prosesə müdaxilə etməməsi manat üçün hansısa təhlükəli vəziyyətin ortaya çıxmasına səbə ola bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Xalid Kərimli ilə müzakirə edib.

Xalid Kərimli: “2023-cü ilin yanvar, yaxud da fevralında iqtisadi geriləmə müşahidə olunurdu. Bu ilin yanvarında isə 5 faizlik artım var”.

Narahatlıq üçün bir əsasın olmadığını düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, nələrin cəmiyyətlə paylaşmalı olub-olmaması Mərkəzi Bankın Kommunikasiya İdarəsinin səlahiyyətində olan məsələdir:

“Deputat sadəcə olaraq təklif verib. Ölkədə rekord məbləğdə dolların satılmasına Mərkəzi Bankının heç bir tədbir görməməsi söhbəti də yalnışdır. Çünki dollara təlaəbatın ödənməsində Mərkəzi Bank da iştirak edir. Bu haqda indi Mərkəzi Bank məlumat yaymaya bilər. Amma Mərkəzi Bank aktiv surətdə fəaliyyət göstərir və bazarı tənzimləyir.

İndi 2015-2016-ci illərdəki vəziyy ət deyil. O dövrlərlə müqayisədə indiki dövrdə Mərkəzi Bankın həm bazarı tənzimlənməsi, həm kontrol altında olan pulun həcminin aşağı düşməsi faktdır. Həmin dövrlə müqayisədə ciddi limitlər, ciddi tənzimlənmə, şəffaf qaydalar mövcuddur. İnsanların yastıq altındakı pulları bank sektoruna daha çox cəlb olunub. Valyuta bazarında manipulyasiya edəcək dəllalar da əhəmiyyətli surətdə aradan qaldırılıb. Həmçinin Mərkəzi Bank elan edib ki, qısa müddətli tərəddüdlərə nəzarət edəcək.

Xalid Kərimli: “Bu ilin büdcəsində, maliyyə proqnozlarında, devalvasiya amili nəzərə alınmayıb. Yəni hökümətin şüurlu şəkildə buna gedəcəyi gözlənilmir”.

Nəzərə almalıyıq ki, 2024-cü ilin yanvarında Mərkəzi Bankın ehtiyatları artıb. Bu da o deməkdir ki, bazarda daha çox dollar olub və Mərkəzi Bank dolları bazardan yığıb. 24 milyon dollara qədər Mərkəzi Bankın əlavə ehtiyyatı artıb. Bundan başqa 2023-cü ilin yanvar, yaxud da fevralında iqtisadi geriləmə müşahidə olunurdu. Bu ilin yanvarında isə 5 faizlik artım var. Yəni iqtisadiyyatda dinamizm, inkişaf ötən illə müqayisə olunmaz səviyyədədir.

Burada bir neçə əsas məsələ var:

Birincisi, bu ilin büdcəsində, maliyyə proqnozlarında, devalvasiya amili nəzərə alınmayıb. Yəni hökümətin şüurlu şəkildə buna gedəcəyi gözlənilmir.

İkincisi, valyuta bazarında dövlətin tədiyyə balansı hələ profsitdədir. Enerji qiymətlərinin indiki səviyyəsi ilə neftin qiymətinin indiki səviyyəsində 5-7 milyard manatlıq əlavə profsir göstərir.

Buna görə də narahatlıq üçün bir əsas yoxdur. Amma nələrin cəmiyyətlə paylaşmalı olub-olmaması Mərkəzi Bankın Kommunikasiya İdarəsinin səlahiyyətində olan məsələdir”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar