Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban: Serbiya Ukraynadan əvvəl Aİ-yə daxil olmalıdır...

Avropa İttifaqı Serbiyanın tezliklə birliyə qoşulmasına icazə verməsə, bu ölkəni Çinə bəxş edəcək...

Poliqon xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Politico qəzetində bu gün nəşr olunan geniş müsahibəsində bildirib.

Orban qeyd edib ki, Serbiya Ukraynadan əvvəl ittifaqa qəbul edilməlidirr,

“Ukrayna ilə yeni genişlənməyə başlamazdan əvvəl köhnə genişlənmə tapşırığını tamamlamalıyıq. Əgər Serbiyanı mümkün qədər tez inteqrasiya etməsək, onu itirəcəyik”, deyə Macarıstanın Baş naziri vurğulayıb.

“Serbiya 2009-cu ildə Aİ-yə üzv olmaq üçün müraciət etmişdi, lakin onun namizədliyi qüsurlu demokratiya və Rusiya və Çinlə sıx əlaqələrlə bağlı narahatlıqlar fonunda dayandı. Serbiyanın başqa variantları var. Çinlə azad ticarət sazişi yenicə bağlanıb”, deyə Orban əlavə edib.

Orban Kiyevin Rusiya ilə qarşıdurma və Avropa Birliyinə qoşulmaq perspektivlərini də rədd edərək, Ukraynanın sağ qalmasının yeganə yolunun “Rusiya ilə Qərb arasında bufer zonaya” çevrilmək olduğunu deyib.

“Əgər bu işə yaramasa, Ukrayna ərazilərini itirməyə davam edəcək. Rusiya Ukraynanı təkrar-təkrar məhv edəcək. Rusiya heç vaxt Ukrayna kimi Aİ və NATO üzvünün onun sərhədlərində olması faktını qəbul etməyəcək, heç vaxt”, deyə Orban qeyd edib.

Macarıstanın Baş naziri əlavə edib ki, Rusiya Avropanı ciddi qəbul etmir, çünki blok hərbi baxımdan çox zəifdir.

“Biz avropalılar o qədər güclü deyilik ki, ruslar bizi ciddi qəbul etsinlər. Bu güc oyunudur. Bu, müharibədir”, deyə Orban müsahibəsində vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar