Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilər Yəmən sahillərində ticarət gəmisinə hücum edib

Britaniya Hərbi Dəniz Qüvvələri ticarət gəmisinin Yəmən sahillərində raket hücumuna məruz qaldığını bildirib...

Yəmənin Əl-Muxa liman şəhərindən 40 dəniz mili cənubda, Qırmızı dənizdə Britaniya ticarət gəmisi hücuma məruz qalıb.

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları (UKMTO) Dəniz Ticarət Əməliyyatlarının Koordinasiya Mərkəzi X sosial şəbəkəsində məlumat yayıb.

Gəminin kapitanı gəmiyə iki raket atıldığını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəmi limana doğru gedir.

UKMTO digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurmanın şiddətlənməsindən sonra Yəmənin Husi üsyançı hərəkatı “Ənsar Allah” İsrail ərazilərinə hücumlar həyata keçirəcəyini və bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb sularından keçməsinə icazə verməyəcəyini bildirib.

Fevralın 11-də ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib, husi üsyançılarının iki yerüstü pilotsuz təyyarəsini və üç qanadlı raketini məhv edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar