Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim Baydendə demensiya əlamətlərini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden həqiqətən də yaşla əlaqədar demensiyanın əlamətlərini özünü göstərir...

“Report” xəbər verir ki, bunu “Fox News”a müsahibəsində Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib.

“Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Tutaq ki, beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində çox nəzərə çarpan fərq var. Bu, həqiqətən kədərlidir”, - o deyib.

Həkim xatırladıb ki, hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır.

Makarinin sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı Amerika liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın.

Fevralın 9-da, ABŞ-nin 81 yaşlı Prezidenti Cozef Baydenin həyatı və karyerası ilə bağlı əsas faktları xatırlaya bilməməsini açıqlayan xüsusi prokuror Robert Hyorun hesabatından sonra keçmiş prezidentlər Barak ObamaDonald Trampın həkimi Ronni Cekson Amerika liderini Demokrat Partiyasının prezidentliyə namizəd olmaq niyyətindədirsə, ümumi seçkidən əvvəl zehni qabiliyyət testindən keçməyə çağırıb.

Həkim diaqnoz qoymayıb, lakin etiraf edib ki, Baydenin yaşla bağlı koqnitiv problemləri var: o, qeyri-səlis danışır, harada olduğunu unudur və adları xatırlaya bilmir.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar