Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrə hakimiyyəti rus diplomatların ölkəyə girişini çətinləşdirib

Rusiyanın Cenevrədəki BMT üzrə daimi nümayəndəsi Gennadi Gatilov bildirib ki, İsveçrə hakimiyyəti rusiyalı diplomatlar üçün sadələşdirilmiş giriş prosedurunu ləğv edib və viza almaq üçün daha sərt qaydalar müəyyən edib...

Poliqon xəbər verir ki, o, bu barədə "RİA Novosti"yə müsahibəsində danışıb.

Gatilovun sözlərinə görə, İsveçrə Rusiya diplomatik pasportlarının sahibləri üçün sadələşdirilmiş giriş prosedurunu ləğv edərək, onları qısamüddətli səfərlər üçün viza almağa məcbur edib. Keçən ilin payızından İsveçrə hakimiyyəti burada yerləşən beynəlxalq təşkilatlar tərəfindən keçirilən hər bir konkret tədbirə fərdi dəvət tələb etməyə başlayıb: "Bu, ciddi məhdudiyyətdir, çünki nümayəndə heyətlərinin tərkibi çox vaxt çevik şəkildə formalaşır, orda şəxsi dəyişikliklər mümkündür və bu barədə indi əvvəlcədən məlumat vermək lazımdır".

Diplomat qeyd edib ki, İsveçrənin yeni tələbləri beynəlxalq tədbirlərin keçirilməsi üçün istifadə olunan rahat platforma kimi Cenevrənin cəlbediciliyinə və nüfuzuna ən çox mənfi təsir göstərir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Avropa İttifaqı rus diplomatlarının Şengen zonasında hərəkətini qadağan edərsə, Rusiya dərhal cavab verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar