Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyadakı neft yatağında möşqe tutan Amerika bazası atəşə tutulub

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağında yerləşən Amerika bazası raket atəşinə tutulub...

Poliqon xəbər verir ki, bu barədə “Al-Mayadeen” telekanalı məlumat yayıb. Telekanalın müxbiri iddia edib ki, ABŞ bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb.

Bazaya dörd raket atılıb, ərazisdə partlayışlar baş verib. Şahidlərin sözlərinə görə, partlayışlardan sonra helikopterlər Amerika bazasından havaya qalxıb.

Qeyd edək ki, fevralın 3-də Deyr əz-Zor əyalətində Amerikanın Koniko qaz yatağındakı bazası atəşə tutulub. Həmin gecə ABŞ ordusu Suriyaİraqda 85-dən çox hədəfə hücum edib. Vaşinqton bildirib ki, hücumların hədəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi hissəsinin və iranpərəst silahlı birləşmələrin mövqeləri olub. Hava hücumları nəticəsində İraq rəsmilərinin məlumatına görə, 16 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hücuma səbəb İordaniya-Suriya sərhədindəki bazaya pilotsuz təyyarənin endirilməsi olub və nəticədə 3 amerikalı həlak olub, onlarla adam yaralanıb. Birləşmiş Ştatların İraqSuriyadakı zərbələri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ-ın təşkilatdakı daimi nümayəndəsinin müavini Robert Vud bildirib ki, ABŞ-ın hərbi zərbələri “zəruri və mütənasibdir”. Eyni zamanda o, ABŞ-ın İranla “birbaşa münaqişə axtarmadığını” vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ən çox oxunanalar