Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov MDB PA Şurasının Baş katibi ilə seçkilərə hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskini qəbul edib...

Bu barədə Poliqon-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı AzərbaycanMDB arasında əməkdaşlıq gündəliyi, habelə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərindən irəli gələn məsələlər müzakirə olunub.

MDB məkanında qanunvericilik orqanları arasında təmasların qurumasına şərait yaradan platforma kimi MDB Parlamentlərarası Assambleyanın əhəmiyyəti vurğulanıb.

Azərbaycanın üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafında mühüm rolu olan dialoq platforması kimi MDB-yə əhəmiyyət verdiyi diqqətə çatdırılıb.

C.Bayramov 7 fevral tarixində 30 illik işğaldan sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində növbədənkənar Prezident seçkilərinin baş tutacağını, torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın işğalan azad olunmuş ərazilərimizdə seçkilərdə iştirak edəcəyini bildirib. Habelə xarici ölkələrdəki vətəndaşlarımızın seçki hüququnun təmin olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq tədbirlərin görüldüyü, xarici ölkələrimizdəki diplomatik nümayəndəliklərimizdə müvafiq seçki məntəqələrinin yaradıldığı diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib

Tavuşun Kirants kəndində sakinlərlə polis arasında qarşıdurma yaranıb - Video

Ən çox oxunanalar