Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Hücumun kimin və ya kimlərin sifarişi ilə həyata keçirildiyi bəlli olmadı...

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb...

Politoloq: “Bizdə hücumun arxasında fərqli güclərin olduğu şübhəsi var. İran məhkəməsinin bu məsələyə aydınlıq gətirməyəcəyi əvvəlcədən bəlli idi”.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son müsahibəsində səfirliyimizə təhlükəsizlik təminatının verilməsi məsələsini qaldırmışdı. Yəni səfirliyi açdıqdan sonra zəmanət varmı ki, diplomatlarımız yenidən terror hücumuna məruz qalmayacaqlar?”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində çıxarılan hökmü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. Bu barədə İran Ədliyyə Nazirliyinin saytında məlumat verilib. Bəs, edam hökmünün çıxarılması məsələyə nöqtə qoydumu? Artıq Azərbaycanın İrandakı səfiri bu ölkəyə geri qayıdıb fəaliyyətinə başlaması üçün ortada hər hansı bir əngəl varmı?

İrandakı səfirliyimizin yenidən bərpası məsələsini Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İran məhkəməsinin bu məsələyə aydınlıq gətirməyəcəyi əvvəlcədən bəlli idi”.

Qonşu dövlətdə səfirlik olmadan təmasları davam etdirməyin çətin olduğunu vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, gündəmdə müxtəlif ortaq layihələr var:

“İlk öncə qeyd edim ki, məhkəmənin gedişində həmin şəxsin nə söylədikləri barədə məlumat yoxdur. Hakim ona “Azərbaycan səfirliyinə nə məqsədlə hücum etmişdin” sualını veribmi, veribsə cinayətkarın cavabı nə olub? Hücumun kimin və ya kimlərin sifarişi ilə həyata keçirildiyi bəlli olmadı.

Terror hücumunun ilk günü İran mediası belə təsəvvür yaratmağa çalışdı ki, guya cinayətkar şəxsi initqam məqsədilə səfirliyimizə hücum edib. Ancaq kamera görüntülərindən aydın oldu ki, səfirliyin qapısında keşik çəkən polis onu durdurmaq üçün heç nə etməyib, cinayətkar saatlarla səfirliyin ətrafında müşahidə aparıb. Bu da bizdə hücumun arxasında fərqli güclərin olduğu şübhəsini yaratdı. İran məhkəməsinin bu məsələyə aydınlıq gətirməyəcəyi əvvəlcədən bəlli idi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son müsahibəsində səfirliyimizə təhlükəsizlik təminatının verilməsi məsələsini qaldırmışdı. Yəni səfirliyi açdıqdan sonra zəmanət varmı ki, diplomatlarımız yenidən terror hücumuna məruz qalmayacaqlar? Ancaq orası da var ki, qonşu dövlətdə səfirlik olmadan təmasları davam etdirmək də çətindir. Gündəmdə müxtəlif ortaq layihələr var. Hazırda bütün diplomatik yük Təbrizdəki konsulluğun üzərindədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar