Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda siyasi böhran: Simonyan-Qriqoryan qarşıdurması kəskinləşir...

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd" qəzeti yazıb.

2026-cı il seçkiləri ilə güclənən şəxsiyyətlərin və ambisiyaların toqquşması "məxməri inqilabın" iki simvolu, eləcə də Nikol Paşinyanın yerinə başqa namizədlər arasında kəskin qarşıdurmaya səbəb olub. Nəşrin məlumatına görə, mübarizə açıq hücumlar və korrupsiyada ittihamlar formasında olub.

"Joqovurd" yazır ki, Simonyan Qriqoryanın Paşinyanın qarşısındakı rolunu aşağılamağa çalışıb, ikincisi isə Simonyanın ailə üzvlərinin hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən "Synergy" şirkətinin tender satınalmasında iştirakına diqqət çəkib.

Simonyan qardaşının həyat yoldaşının həbsi ilə bağlı korrupsiya qalmaqalının mərkəzinə düşüb. Onun bunu şərh etməməsi vəziyyəti daha da gərginləşdirir. Nəşr onu da diqqətə çatdırır ki, Simonyana məxsus "Freenews" telekanalı maliyyə problemlərinə görə müvəqqəti (24 saat) efirdən yayınıb.

Qəzet mənbələrə istinadən yazır ki, hakim partiyanın bəzi üzvləri birbaşa və ya dolayısı ilə Simonyanın istefasını tələb edir və məsələni Paşinyan qarşısında qaldırıblar. Bütün bunlar spikerin siyasi gələcəyi ilə bağlı ciddi şübhələr yaradır.

Partiya hesab edir ki, bu və ya digər şəkildə onun adı ilə bağlı müntəzəm qalmaqallar reytinqə mənfi təsir göstərə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar