Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya XİN rəsmi Parisin Moskva əleyhinə bəyanatlarına cavab verib

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Parisin Rusiya əleyhinə bəyanatlarına cavab verib...

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin məğlubiyyətin astanasında olan Fransa hakimiyyətinin Rusiyaya qarşı son emosional hücumlarına diqqət yetirdiyini söyləyib.

"Bu hadisənin bizə məlum olmayan konkret təfərrüatlarına varmadan deyim ki, insanların ölümü həmişə faciədir. Bununla belə, Fransa rəhbərliyi Parisin digər Qərb paytaxtları ilə birlikdə 2014-cü ildən bəri Ukrayna böhranının “yetişməsində” oynadığı ölümcül rolu tanımaqdan inadla imtina edir. Fransanın bu gün cinayətkar Kiyev qruplaşmasının ayaqda saxlanmasına, o cümlədən irimiqyaslı ölümcül silahların tədarükü və Ukrayna əsgərlərinin təliminə verdiyi töhfə haqqında nə deyək. Biz dəfələrlə demişik ki, Fransanın Ukrayna münaqişəsində artan iştirakı nəinki onun uzanmasına və daha da gərginləşməsinə gətirib çıxarır, həm də Rusiya əleyhinə təbliğatla doymuş muzdlu şəklində Ukraynaya göndərilən Fransa vətəndaşlarının həyatı üçün təhlükə yaradır.

Öz həmvətənlərinin ölümündən qəzəblənən Fransa liderləri tədarük etdikləri silahların Kiyev rejimi tərəfindən qəsdən Rusiya şəhərlərində dinc sakinləri öldürmək üçün istifadə edilməsinə göz yummağa üstünlük verirlər. Üstəlik, Parisdə hətta bu cür vəhşiliklərə “özünümüdafiə hüququ” ilə bəraət qazandırmağa çalışıb, əslində terror aktlarına haqq qazandırılıb.

Ümid edirik ki, baş verənlər Fransa ictimaiyyətini Ukrayna münaqişəsi ilə bağlı ölkə rəhbərliyinin qeyri-məhsuldar və təhlükəli xəttinə haqq qazandırmaq barədə daha çox düşünməyə vadar edəcək", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, rəsmi Paris sərt ifadələrlə Rusiyanı Ukraynada humanitar yardım göstərməklə məşğul olduğu iddia edilən

Fransanın iki vətəndaşının ölümündə, üç vətəndaşının isə yaralanmasında ittiham edib. Prezident Emmanuel Makron bunu “qorxaq və şərəfsiz hərəkət” adlandırıb, xarici işlər naziri Sejurne isə Moskvanı “Rusiya törətdiyi cinayətlərə görə cavab verməli olacaq” deyə hədələyib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar